HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də keçiriləcək məhbus mübadiləsinin altıncı turunda azad ediləcək üç israilli məhbusun Aleksandr Saşa Troufanov, Sagui Dekel-Çen və Yair Horn olduğunu açıqlayıb.
Avropa .info-nun məlumatına görə əsirlərdən Çen ikili ABŞ-İsrail, Troufanov isə Rusiya-İsrail vətəndaşıdır.
Digər tərəfdən, İsrail Baş Nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, HƏMAS-ın sabah sərbəst buraxması gözlənilən 3 məhbusun adının vasitəçilər Qətər və Misir vasitəsilə Təl-Əviv rəhbərliyinə çatdırıldığı bildirilib.
Siyahının “qəbul edildiyi” bildirilən açıqlamada azadlığa buraxılması gözlənilən 3 israilli məhbusun ailələrinə məlumat verildiyi qeyd edilib.
HƏMAS məhbus mübadiləsini dayandırıb
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də baş tutması gözlənilən məhbus mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə dayandırıldığını açıqlamışdı.
HƏMAS verdiyi açıqlamada, dayandırma qərarının məhbus mübadiləsindən 5 gün əvvəl elan edildiyini və bunun vasitəçi ölkələrə atəşkəs şərtlərinə əməl etməsi üçün İsrailə təzyiq etmək imkanı verdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp şənbə günü günortaya kimi Qəzzada olan bütün məhbusların azad edilməməsi halında atəşkəsin ləğv edilməsi lazım olduğunu deyib və əlavə edib: “O zaman bütün cəhənnəm qopacaq”. ifadəsini işlətdi