Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dauninq-stritin məlumatında bildirilib.
“Baş nazir dünən axşam Dauninq-stritdə Prezident Trampın Böyük Britaniyadakı xüsusi elçisi Mark Bernetti qəbul etməkdən məmnun olub. Qəbul zamanı Starmer Prezident Trampın zəngini qəbul edərək ABŞ-yə qarşıdakı səfərini müzakirə edib”, – məlumatda qeyd olunub.
Starmerin Vaşinqtona planlaşdırılan səfərinin dəqiq tarixləri açıqlanmır