ABŞ-da Şimali Amerika Aerokosmik Müdafiə və Şimal Qüvvələrinin komandanı general Gregory M. Guillot, kartellər və qeyri-qanuni immiqrantlarla mübarizə aparmaq üçün Meksikanın cənub sərhədinə əlavə qoşunların yerləşdiriləcəyini açıqladı.
Avropa.info xəbər verir ki, Senat Komitəsində keçiriləcək büdcə müzakirəsi öncəsi qiymətləndirmələr edən Gilyo, Meksika sərhədindəki kartellərin ABŞ-ın ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təhdid etdiyini, kartellərlə və qeyri-qanuni miqrantlarla mübarizə məqsədilə Meksikanın cənub sərhədində vəzifə yerinə yetirən əsgərlərin sayının artacağını gözlədiklərini bildirib.
Guillot, ABŞ-ın “Amerika Körfəzində” hələ bir təyyarədaşıyan gəmisinin olmadığını, lakin Sahil Mühafizəsi ilə birlikdə işləmək üçün əlavə qüvvələrə ehtiyac olduğunu söylədi.
ABŞ generalı qeyd edib ki, Meksika narkotik kartellərinin fəaliyyətini izləmək üçün havadan müşahidə fəaliyyətləri də artırılıb .
Məlumdur ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra artıq sərhədə 1600 hərbi birlik yerləşdirən Müdafiə Nazirliyi (Pentaqon), saxlanılan qeyri-qanuni mühacirlərdən bəzilərinin saxlanılacağı Kubadakı Quantanamo həbsxanasına təxminən 500 dəniz piyadası təyin etmək qərarına gəlib.
Qoşunların yerləşdirilməsi başa çatdıqdan sonra, 20 yanvarda vəzifəyə başlayan Tramp administrasiyası dövründə ABŞ-ın sərhəd təhlükəsizliyini dəstəkləmək üçün təyin edilmiş əlavə əsgərlərin sayı təxminən 3600 olacaq.
Tramp yanvarın 20-də Ağ Evdə Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi haqqında sərəncam imzalayıb.