İndoneziya prezidenti Prabowo Subianto prezident Rəcəb Tayyib Ərdoğanı Bogordakı prezident sarayında rəsmi mərasimlə qarşılayıb.
Avropa.info xəbər verir ki, Prezident Ərdoğanın rəsmi avtomobilini Boqordakı prezident sarayının girişində qarşılayan süvarilər maşını binanın girişinə qədər müşayiət ediblər. Ərdoğan rəsmi avtomobilindən düşərkən indoneziyalı uşaqlar onu Türkiyə və İndoneziya bayraqları ilə qarşılayıblar.
İndoneziya prezidenti Subianto Ərdoğanı giriş qapısında qarşılayıb. Ərdoğan və Subianto mərasim zonasında yerlərini aldıqdan sonra hərbi orkestr iki ölkənin dövlət himnlərini səsləndirib və top atəşləri başlayıb.
Şirvani Hümmetoglu
Avropa.info