16 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir” – Deputat

Fevral 12, 2025
Siyasət
A A

“Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə regionda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirib. O, fevralın 10-da “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində faktları və həqiqətləri təhrif etməklə bu mövqeyini ortaya qoyub. Paşinyan, məqalədə regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib”.

Bu fikirləri Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır:

“Çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edib. Məqaləsində Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə və 2022-ci il Praqa razılaşmasına istinad edir. Lakin məhz 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalanmasından sonra Ermənistan Azərbaycana qarşı genişmiqyaslı işğalçı siyasət həyata keçirib. Təkcə bu fakt rəsmi İrəvanın bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qeyri-səmimi olduğunu təsdiqləyir. Əgər Ermənistan həqiqətən səmimidirsə, o zaman konstitusiyasında və digər qanunlarda ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaları çıxarmalıdır. Əks halda, kimlərinsə dediyi sözün hər hansı hüquqi qüvvəsi yoxdur. Əks halda, belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də, Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, digər bir narahatedici məqam rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. Məlumdur ki, Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Məqaləsində ölkəsinin silahlandırılmasına haqq qazandırmağa çalışan baş nazir iddia edib ki, guya Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Ancaq yaxın tarix sübut edir ki, Ermənistan silahlanma prosesindən məhz Azərbaycan torpaqlarını işğal etmək üçün istifadə edib. Ona görə də, gələcəkdə də silahlanmadan bu məqsəd üçün istifadə etməyəcəyinə heç bir təminat yoxdur.

“Digər tərəfdən, nə qədər absurd olsa da, Paşinyan Ermənistanın təhlükəsizliyinə təhdidlərin Azərbaycanda formalaşdığını deyib. O iddia edib ki, Praqada əldə olunan razılaşmaların əksinə olaraq, Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verilir. Buna “nümunə” olaraq “Qərbi Azərbaycan” mövzusunu göstərir. artıq Azərbaycanın Xarici İşlər Nazirliyi və Qərbi Azərbaycan İcması Paşinyanın əsassız iddialarına münasibət bildirib. Əlbəttə ki, Paşinyanın bu iddiaları da reallıqdan tamamilə uzaqdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz, ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən icmanın bəyan olunmuş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini göstərir. Bir sözlə, Ermənistan regionda sülhün tərəfdarıdırsa, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Müxtəlif bəhanələr və yanlış yanaşmalar, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri İrəvana heç bir fayda verməyəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Avropa.info

Əvvəlki Yazı

Bakıda yeniyetmə vəfat edib

Növbəti Yazı

Prezident Rəcəb Tayyib Ərdoğan Pakistana rəsmi səfərə gəlib

XƏBƏR LENTİ

Dini radikalizm və onunla mübarizə üsulları

Dini radikalizm və onunla mübarizə üsulları

15 İyul 2025 / 22:16
6
Əhməd əl Şaraa Prezident İlham Əliyevə niyə təşəkkür etdi? – Bakıda tarixi enerji danışıqları – FOTO, YENİLƏNİB

Azərbaycan-Suriya sazişi! Bir enerji koridorundan daha böyük! Ankara və Bakı Yaxın Şərqi yenidən şəkilləndirir…

15 İyul 2025 / 16:19
33
Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı – Video

Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı – Video

15 İyul 2025 / 9:56
15
Zatulin: “Amerika səfirinin bu sözlərinin arxasında Ermənistan və Azərbaycan rəhbərliyinin razılığı var”

Zatulin: “Amerika səfirinin bu sözlərinin arxasında Ermənistan və Azərbaycan rəhbərliyinin razılığı var”

15 İyul 2025 / 9:39
25
Donald Tramp Ukraynaya “milyardlarla dollar” dəyərində silahlar verəcəyini vəd edib

Donald Tramp Ukraynaya “milyardlarla dollar” dəyərində silahlar verəcəyini vəd edib

15 İyul 2025 / 9:06
25
Bu gün ölkə ərazisində 40 dərəcə isti olacaq

Bu gün ölkə ərazisində 40 dərəcə isti olacaq

15 İyul 2025 / 8:30
43
Qardaş Türkiyədə xain çevriliş cəhdindən 9 il ötür

Qardaş Türkiyədə xain çevriliş cəhdindən 9 il ötür

15 İyul 2025 / 8:24
48
İsrail ordusu İordaniyadan Qəzzaya yardım aparan yük maşınlarına hücum ediblər

İsrail ordusu İordaniyadan Qəzzaya yardım aparan yük maşınlarına hücum ediblər

15 İyul 2025 / 8:13
50
“Sınıq Körpü” gömrük postunda ölkədən qaçırılan külli miqdarda xarici valyutanın qarşısı alınıb

“Sınıq Körpü” gömrük postunda ölkədən qaçırılan külli miqdarda xarici valyutanın qarşısı alınıb

14 İyul 2025 / 20:07
145
İsrail Suriya tanklarina zərbələr ednirdi

İsrail Suriya tanklarina zərbələr ednirdi

14 İyul 2025 / 19:46
20
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Prezident Tramp Rusiyaya 50 gün vaxt verdi

14 İyul 2025 / 19:39
19
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Akademik Musiqili Teatr 115-ci mövsümünə yekun vurdu

14 İyul 2025 / 18:52
41
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

14 İyul 2025 / 18:49
41
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14 İyul 2025 / 18:43
32
Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

14 İyul 2025 / 18:25
15
ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

14 İyul 2025 / 18:24
38
Ələt – Culfa dəmir yolunun tikintisində Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyəti

Sovet planında Zəngəzur: Geosiyasi hesablar və tarixi nəticələr

14 İyul 2025 / 18:20
39
Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

14 İyul 2025 / 17:17
21
ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

14 İyul 2025 / 17:12
18
Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

14 İyul 2025 / 16:52
59
İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

14 İyul 2025 / 16:11
24
31 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

31 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

14 İyul 2025 / 16:04
56
Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

14 İyul 2025 / 12:59
46
Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallahda su quyularına hücum edib

Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallahda su quyularına hücum edib

14 İyul 2025 / 11:48
28
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib

14 İyul 2025 / 11:43
29
Ukraynada Polkovniki Azərbaycan vətəndaşlarınin qətlə yetirdiyi iddia edilir?

Ukraynada Polkovniki Azərbaycan vətəndaşlarınin qətlə yetirdiyi iddia edilir?

14 İyul 2025 / 10:14
35
Sabahdan Deputatlar məzuniyyətə cixarilir

Sabahdan Deputatlar məzuniyyətə cixarilir

14 İyul 2025 / 10:01
43
İsrail ordusunun Qəzzada soyqırım törətməsi nəticəsində daha üç jurnalist həlak olub

 İsrail ordusu Qəzzada daha bir jurnalisti öldürüb

14 İyul 2025 / 9:57
26
Deputatlar sonuncu iclasa toplaşırlar – 13 məsələ var

Deputatlar sonuncu iclasa toplaşırlar – 13 məsələ var

14 İyul 2025 / 9:52
40
4 qadın sərxoş olub “Prius”u dərəyə aşırdılar

Bakıda ağır yol-nəqliyyat hadisəsi, 1ölü, 5 yarali

14 İyul 2025 / 9:46
33
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.