Fevralın 10-da Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında “İncəsənət inciləri” layihəsi çərçivəsində Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkar Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə “Bir ömrün musiqi dünyası” adlı tədbir keçirilib.
Avropa.info xəbər verir ki, tədbirdə kitabxananın əməkdaşları tərəfindən görkəmli müğənni, bəstəkar, ictimai və dövlət xadimi Polad Bülbüloğlunun həyat və yaradıcılığı haqqında məlumatları, ifa etdiyi mahnıları, filmlərdə yaratdığı unudulmaz obrazları əhatə edən, həmçinin mahnılarının yer aldığı filmlərdən görüntülər təqdim edilib.
Polad Bülbüloğlu öz sənəti ilə estrada musiqisinə yenilik gətirib, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına böyük töhfə verib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbəsi Əlizadə Fatimənin ifasında “Şən Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.