Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional təhlükəsizlik departamentinin direktoru Azər Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz üzrə idarəsinin rəhbəri Mehmem Samsar arasında siyasi məsləhətləşmələr keçirilib.
Avropa.info xəbərverir ki, Azərbaycanın Ankaradakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, ikitərəfli siyasi əlaqələrin vəziyyəti və perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.
Məsləhətləşmələrdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov da iştirak edib.