İsrailin Qəzza zolağına son 48 saatda təşkil etdiyi hücumda 4 nəfərin öldüyü, dağılmış binaların dağıntıları altından tapılan 22 cəsədin və itkin düşmüş şəxslərin sənədlərinin araşdırılmasından sonra daha 572 nəfərin öldüyü təsdiqlənib, ölənlərin sayı 48 181 nəfərə çatıb.

Avropa.info TRT Habere istinadən xəbər verir ki,bİsrail Qəzza zolağında atəşkəs rejimini pozmaqda davam edir.
Fələstin Səhiyyə Nazirliyi açıqlamasında bildirib ki, İsrailin son 48 saat ərzində təşkil etdiyi hücumlarda 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
VURULAN BİNALARİN
ALTINDAN CƏSƏTLƏR ÇIXARILIRDagidilmiş binaların dağıntıları altında aparılan qazıntılar zamanı daha 22 fələstinlinin cəsədinin aşkar edildiyi bildirilir.
O, həmçinin bildirib ki, ədliyyə komissiyası tərəfindən itkin düşmüş şəxslərin hesabatları və sənədləri əsasında ölümləri təsdiqlənən 572 nəfərin ümumi ölənlərin sayına əlavə edilib.
ÜMUMİ ÖLƏNLƏR 48 MİNİ ÖTÜR
Son rəqəmlərə görə, İsrailin Qəzza zolağına hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölənlərin sayı 48 181 nəfərə, yaralıların sayı isə 111 638 nəfərə çatıb.
Avropa.info