Fələstin Məhbuslar Dərnəyindən verilən açıqlamada deyilir: İsrail Ordusunun İordan çayının qərb sahilində, xüsusilə Cenin və Tubas şəhərlərində basqınlarını davam etdirdiyi bildirilir.
Avropa.info TRT Habere istinadən xəbər verir ki, İsrail hücumlarını artırdıqdan sonra Cenin şəhərində və qaçqın düşərgəsində 120 fələstinli saxlanılıb.
Tubas şəhərində saxlanılan fələstinlilərin sayı 54-ə çatıb.
İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən nəzarətə alınan fələstinlilərin əksəriyyətinin döyülmə və pis rəftar kimi zorakılıqlara məruz qaldığı vurğulanıb.
Həmçinin bildirilib ki, İsrail ordusu 5-ci gündə Tamun qəsəbəsi və Əl-Fəriyyə qaçqın düşərgəsinə hücumlarını davam etdirir.
Yanvarın 21-də Qəzza zolağında atəşkəs elan edildikdən sonra İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə, qaçqın düşərgəsinə və yaxınlıqdakı qəsəbələrə hücum edib və nəticədə 25 fələstinli həlak olub.
İsrail ordusu hücumlarını yanvarın 27-də Tulkərim, fevralın 2-də Tubasdakı Əl-Fəriyyə qaçqın düşərgəsi və Tamun şəhəri kimi genişləndirib.
İsrailin hücumları nəticəsində Tülkərimdə 4 nəfər həlak olub.
Fələstin Səhiyyə Nazirliyi ilin əvvəlindən İsrailin işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda əksəriyyəti Cenin şəhərindən 10-u uşaq, qadın və qoca olmaqla 70 fələstinlinin həlak olduğunu açıqlayıb.
İsrail Qəzza 2023-cü il oktyabrın 7-dən, Zolaqda hücumun başladığı vaxtdan bəri işğal altındadır. İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım var.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını ələ keçirən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində oktyabrın 7-dən bu yana 905 fələstinli həlak olub, 7 minə yaxın fələstinli yaralanıb, 14 min 300 fələstinli nəzarətə götürülüb.