Türkiyənin Samsun vilayətinin Havza rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Avropa.info xəbər verir ki, Samsunun Havza rayonunda yük maşınının avtomobilin arxasına çırpılması nəticəsində 27 yaşlı Havva və 4 yaşlı qızı Asel Mina Gənc ölüb. Eyni qəzada avtomobili idarə edən Zihni Genç və iki yaşlı oğlu sağ qalıb. Qəza ilə bağlı araşdırmalar davam edir.