Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan fevralın 3-dən 7-dək Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaqlar.
Avropa .info Armenian News-a istinadla xəbər verir ki, Paşinyan və həyat yoldaşı fevralın 1-də Vaşinqtona uçuşunun videogörüntülərini yayıblar.
Nazirlər Kabinetinin rəhbərini ABŞ-a Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan və hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Arsen Torosyan da müşayiət ediblər