Rusiya və Türkiyə arasında “Mir” ödəniş sisteminin bərpası ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.
Avropa.info xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov RİA Novosti-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, kartların blokdan çıxarılması üçün artıq perspektiv yoxdur və o, Türkiyəyə gedən Rusiya vətəndaşlarına nəğd puldan istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Türkiyə bankları Rusiyanın ödəniş sistemlərindən imtina etməyə başlayıb