04 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Ermənistanın gizli müharibə hazırlığı haqda Minval.az sensasion yazı hazırlayıb-SOK FAKTLAR

Yanvar 31, 2025
Dünya
A A

Xüsusi təlim mərkəzi Kotayk rayonunun Abovyan şəhəri yaxınlığında yerləşir; Paşinyanın sülh bəyanatlarının arxasından revaniştlərin istəkləri çıxır; komitə sədri: “Əgər ermənilər başa düşməsə…”
Avropa.info xəbər verir ki, Ermənistanın gizli müharibə hazırlığı haqda Minval.az sensasion yazı hazırlayıb. Bildirilir ki, 2020-dəki məğlubiyyətdən sonra idman klubu kimi kamuflyaj edilmiş xüsusi taktiki, snayper və təxribat hazırlığı mərkəzi yaradılıb. Bu xüsusi təlim mərkəzi Kotayk rayonunun Abovyan şəhəri yaxınlığında yerləşir. Taktik baza (ARM Tactical) Ermənistanın paytaxtından cəmi 11-12 km, yaxud maşınla 15 dəqiqəlik məsafədə, tərk edilmiş karxananı xatırladan ərazidə yerləşir.

Məlumatlı mənbələrimizin qeyd etdiyi kimi, ARM Tactical əvvəlcə kiçik bir atış poliqonundan ibarət olub. İndi isə ən müxtəlif təlim prosesləri, müasir taktiki atış texnikası, kiçik zərbə qrupları taktikası və s. öyrədilir. Bu hərbiləşdirilmiş strukturun Ermənistan Müdafiə Nazirliyinin balansında olması barədə də internetdə məlumat yayılıb ki, bu hələ təsdiqini tapmayıb və ya rəsmən təkzib edilməyib. Obyektin hərbi maşınları olan nəhəng təlim mərkəzinə çevrilməsi dövlət tərəfindən maliyyələşdirilməsindən xəbər verir.

Maraqlıdır ki, təlimlərdə könüllülərlə yanaşı, Ermənistanın dövlət qurumlarının əməkdaşları da aktiv iştirak edirlər. Şübhə yoxdur ki, taktiki mərkəz keçmiş xüsusi təyinatlıların və kəşfiyyatçıların toplaşdığı əsl terrorçu təlim mərkəzidir. Kameraya çəkilən və sosial şəbəkələrdə yerləşdirilən bütün taktiki texnikalar NATO-nun xüsusi təyinatlı qüvvələrinin analoji təlimlərinin məşqidir.

Beləliklə, Ermənistanda təxribat və terror fəaliyyəti üçün geniş kadr hazırlığına başlanıldığı aydın olur. Üstəlik, bu, dövlətin nəzarəti altında, görünür, dövlət büdcəsi hesabına, eyni zamanda “idman klubları”, “yeniyetmələr üçün sağalma məktəbləri” və s. adı altında həyata keçirilir.

Aydındır ki, bu qruplar ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı terror müharibəsi üçün hazırlanır. Həmçinin şərti sərhədlərdə səngərlər qazılır, hərbi texnika yerləşdirilir.

Fakt budur ki, rəsmi İrəvan eskalasiya yolunu seçir – Paşinyanın sülh bəyanatlarının arxasından revanşistlərin istəkləri çıxır. Avropa İttifaqının hərbi-casus şəbəkəsinin ömrünün daha iki il müddətinə uzadılması da Ermənistanın gərginliyi tətikləmək niyyətinin məntiqi davamıdır.

Bütün bunlar nə anlam kəsb edir? Ermənistandakı son addımlar Azərbaycan komando bölüklərinə qarşı hazırlıqlara bənzəyir. Elə isə niyə bunu rəsmi şəkildə etmirlər?

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənilərin sülh adı altında apardığı gizli hərbiləşmə siyasəti artıq bizə məlumdur və bu özünü 2025-ci il dövlət büdcəsində aydın şəkildə büruzə verir: “Təəssüf ki, Ermənistanın bu addımı ilə sülh “canfəşanlığı” üst-üstə düşmür və bu proses Cənubi Qafqazda sülhə açıq aşkar təhdiddir. Ermənistan öz məkrli siyasətinin beynəlxalq müstəviyə çıxmaması, eyni zamanda xalqın aqressiyası ilə üzləşməmək üçün öz planlarını müxtəlif adlar altında kamufilə edir. Rəsmi İrəvanın qanunvericilik sistemində etdiyi bir sıra dəyişikliklər Azərbaycana qarşı diversiya-təxribat işlərini dəstəkləyir. Bu da deməyə imkan verir ki, Ermənistan revanşa hazırlanır. Qarşı tərəfin sürətlə silahlanması, sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi regionda gərginliyi artıra bilər. Çünki Ermənistanın bu hərəkəti Azərbaycan, eyni zamanda onun müttəfiqləri üçün təhlükədir. Qeyd edim ki, Azərbaycan regionda sülhün bərqərar edilməsində maraqlı tərəfdir. Lakin Azərbaycan Ordusu ölkəmizə və onun ərazi bütövlüyünə qarşı olan istənilən təxribata cavab vermək iqtidarındadır”.

A.Nağıyev bildirdi ki, qonşu dövlətlər arasında sabitliyin əsas şərti qarşılıqlı olaraq suverliyin tanınmasıdır: “Əgər ermənilər bunu başa düşməsə, “Dəmir yumruq” hər zaman başlarının üstündə olacaq”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan son vaxtlar konkret olaraq qarşısına məqsəd qoyub və öz ordusunu hazırlamaq üçün müəyyən planlar həyata keçirir: “Bu planların içərisində ayrı-ayrı vaxtlarda güc strukturlarında xidmət etmiş şəxslər, yaxud vaxtilə silahlı qüvvələrdə təmsil olunanları, bu gün ehtiyatda olan şəxsləri – onların aralarında idmançılar da var – bir çətir altına toplayırlar. Təlimatçıların da cəlb olunduğu mərkəzdə onlara hazırlıqlar keçirlər ki, sabah təxribatlar üçün onların fəaliyyətindən istifadə olunsun. Onların arasında xüsusi təyinatlılar da, kəşfiyyatçılar da var. Bu şəxsləri xüsusi proqram üzrə hazırlayırlar. Özü də bunlar bu gün üçün, sabah üçün yox, yaxın gələcək üçün hazırlanır. Ermənistan NATO-nun xüsusi təyinatlılarının proqramı əsasında bu şəxsləri hazırlayır. Üstəlik, biz bilirik ki, Ermənistan təxribat və terror üzrə dünyada ad çıxaran ölkədir. Bu ölkənin təməli təxribat və terror üzərində qurulub. Ona görə də Ermənistanda yeniyetmələr və gənclər üçün mərkəz və klub adında hələ çox hoqqaların şahidi olacağıq”. Ü.Cəfərov düşmən təxribatlarına qarşı nə etməli olduğumuz barədə bunları söylədi: “Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi, döyüş hazırlığının yüksəldilməsi ilə bağlı işlər davam etdirilir. Ermənistan Təhlükəsizlik Şurası daha çox Ermənistan ətrafındakı riskləri dəyərləndirir, müəyyən məsələləri müzakirə edirlər, bu da başadüşüləndir. Ermənistanın Azərbaycanın Komando hərbi hissələrinə çatması üçün on il vaxt lazım olacaq. Həmçinin 44 günlük müharibədəki məğlubiyyətdən sonra Ermənistanın öz ordusunu döyüş qabiliyyətinə çatdırmaq üçün 5-10 il vaxt lazımdır. Onlar hələ öz məqsədlərini rəsmən elan etməyəcəklər. Çünki Ermənistanın silah-sursat almaqla bağlı da çətinlikləri var. Bəzən ağlayıb-sızlayırlar ki, maliyyə vəziyyəti yaxşı deyil. Orduda xeyli rüşvətxorluq və korrupsiya faktları mövcuddur. Keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin açılması, eks-nazir David Tonoyanım həbs edilməsi, o cümlədən Qarabağda təlimatlandırılıb göndərilmiş Calal Arutyunyana qarşı elan olunan ittihamlar bunun sübutudur”. Polkovnik dedi ki, Ermənistanın sülh bəyanatları bizi arxayınlaşdırmamalıdır: “Bu dövlətin adı Ermənistandır. Bu ölkə hər zaman separatçılığı, terroru, dağıdıcılığı əsas götürərək formalaşıb. Ona görə də hesab edirəm ki, Ermənistanın təxribatçı addımları həm Azərbaycanın müvafiq qurumları tərəfindən izlənilir, təhlil olunur. Eyni zamanda Ermənistan hazırlaşır. Yaxın illər üçün 102-ci hərbi bazanın müəyyən təhdidləri ola bilər, həm Türkiyə, həm Azərbaycan faktoru var. Üstəlik, onlar qəti qərar veriblər ki, Qərb çətiri altında – Amerika, Fransa, Yunanıstanın çətiri altında öz gələcəklərini qursunlar. Bu istiqamətdə də fəaliyyətləri, KTMT tədbirlərindən imtina qərarları bunu sübut edir”.

Əvvəlki Yazı

Evdə siqaret çəkdi həyatına son qoydu

Növbəti Yazı

Qarabağ iqtisadi zonasında daha 6 SES tikilir

XƏBƏR LENTİ

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
7
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
91
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
15
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
30
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
5
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
5
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
6
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
6
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
4
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
4
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
2
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
4
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
43
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
35
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
38
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.