04 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

TİKA Azərbaycanlı həkimlər üçün göz travmalarının idarə edilməsi üzrə təlim təşkil etdi

Yanvar 29, 2025
Cəmiyyət
A A

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində Bakı, Şamaxı və Gəncə şəhərlərində fəaliyyət göstərən oftalmoloqlar üçün “Göz Travmalarının İdarə Edilməsi üzrə Təlim” proqramı təşkil edir.

27-28 yanvar tarixlərində TİKA və TƏBİB-in birgə əməkdaşlığı ilə Bakıda yerləşən Neftçilər Xəstəxanasında keçirilən təlim proqramında Prof. Dr. Muhammed Batur, Van Yüzüncü Yıl Universitetinin Tibb Fakültəsinin müəllimi Dr. Veysi Yıldız və Van Tədris və Araşdırma Xəstəxanasının həkimlərindən Op. Dr. Rümeysa Bilməz Tan təlimçi qismində iştirak ediblər.
Bakıda təşkil olunan təlim proqramına qatılan 25 azərbaycanlı oftalmoloq göz travmalarının təsnifatı və terminologiyası, göz travmalarının qiymətləndirilməsi, tikiş və tikiş materialları, göz travmalı xəstəyə yanaşma, buynuz qişa və limbus zədələnmələri, konjunktiva və sklera yaralanmaları mövzularında nəzəri və praktiki biliklər əldə ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Bakıda keçirilən təlimdən sonra proqram Şamaxı və Gəncə şəhərlərində davam edəcək və ümumilikdə 60 azərbaycanlı həkim bu sahədə ixtisasartırma kursu keçəcək.
Bakıda təşkil olunan açılış mərasimində TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB-in sədr müavini Araz Nəsirov, xəstəxana rəhbərliyi və həkimlər iştirak ediblər.
Tədbirdə çıxış edən TƏBİB-in sədr müavini Araz Nəsirov özünün də Trakya Universitetinin məzunu olduğunu vurğulayaraq, “Türkiyə yüzlərlə həkim yetişdirərək Azərbaycanın səhiyyəsinə töhfə verib. Burada iştirak edən həkimlərimiz adından qardaş Türkiyəyə təşəkkür edirik”, – deyə bildirib. Nəsirov əlavə edib: “Müasir tibbi avadanlıqlar və ən təsirli dərmanlar əldə etmək mümkündür, lakin insanları sağaldan məhz həkimlərdir. Vicdanlı və işini düzgün icra edən həkimlərin yetişdirilməsi daha vacibdir.”
TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik çıxışında vurğulayıb ki, TİKA Azərbaycanda fəaliyyətə başladığı gündən etibarən həyata keçirdiyi 1500-dən çox layihənin 20%-i səhiyyə sahəsinə aid olub. O bildirib ki, gələcəkdə də Azərbaycan səhiyyə işçilərinin bilik və təcrübələrinin artırılmasına yönəlmiş təlim layihələri davam etdiriləcək.
Təlimçilərdən biri olan Prof. Dr. Muhammed Batur isə “Azərbaycanlı həkimlərlə göz travmalarını həm nəzəri, həm də klinik hallar üzərində müzakirə etdik. Peşəkar həmkarlarımızla bilik və təcrübə paylaşımı etmək bizim üçün böyük məmnuniyyət oldu”, – deyə qeyd edib.
Avropa.info


Əvvəlki Yazı

Ankarada XIN rəhbərləri görüşüb

Növbəti Yazı

“Bu addım onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil”-Rikard Jozviak

XƏBƏR LENTİ

İranın yeni ali lideri seçildi

İranın yeni ali lideri seçildi

04 Mart 2026 / 8:10
4
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib – FOTO

Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib – FOTO

04 Mart 2026 / 7:42
35
Səhiyyədə “üçbaşlı” idarəetməyə son qoyulsun… – Deputat Razı Nurullayev

Səhiyyədə “üçbaşlı” idarəetməyə son qoyulsun… – Deputat Razı Nurullayev

03 Mart 2026 / 10:01
20
Xameneini biz öldürməmişik-Marko Rubio

Xameneini biz öldürməmişik-Marko Rubio

02 Mart 2026 / 21:28
40
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
20
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
22
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
28
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
21
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
5
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
7
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
25
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
19
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
16
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
24
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
24
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
16
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
27
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
36
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
121
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
43
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
7
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
30
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
6
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
8
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
13
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
24
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
10
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
5
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
6
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.