04 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Primakovun Baku TV-yə qarşı təhdidlərinin arxasında nə dayanır?

Yanvar 28, 2025
Gündəm, Siyasət
A A

Bu yaxınlarda Baku TV televiziya kanalı “Rossotrudniçestvo”nun Azərbaycanda təmsilçiliyi adı altında fəaliyyət göstərən “Bakıda Rus Evi”nin divarları arasında Rusiya xüsusi xidmət orqanları tərəfindən təxribat işlərinin aparıldığına dair süjet hazırlayıb.

Əslində, burada, dayanıb düşünmək olar. Niyə özünü bu qədər ciddi media resursu kimi tanıdan kanal belə səs-küylü bəyanatı bu qədər əminliklə təqdim edir? Bunun hayp, reytinq üçün olmadığı dəqiqdir, Baku TV-nin buna ehtiyacı yoxdur. Deməli, jurnalistlər təxirə salmadan xəbər verməli olduqları bir məlumat əldə ediblər. Özü də həm izləyicilərə, həm də çox güman ki, ittiham olunan tərəfə. Lakin sözügedən material Rusiyanın MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik – daha çox “Rossotrudniçestvo” kimi tanınan qurumun rəhbəri Yevgeni Primakovun çox emosional və gözlənilməz reaksiyasına səbəb oldu.

Ona görə gözlənilməzdir ki, bizim fikrimizcə, “Rossotrudniçestvo”nun rəhbəri, əvvəlcə vəziyyəti araşdırmağa çalışmalı, yalnız ondan sonra reaksiya verməli idi. İkincisi isə, əsassız ittiham və təhdidlərə qədər alçalmamalı idi. Primakov həm hökuməti işə qatdı, həm də məhkəmə ilə hədələdi… Ancaq hər şey haqqında ardıcıllıqla. Biz hər hansı dövlətin müxtəlif ölkələrdə öz mədəni, təhsil, humanitar mərkəzlərini, təşkilatlarını açarkən yalnız ədəbiyyat, incəsənət və təhsil sahəsində əlaqələri möhkəmləndirmək deyil, həm də öz siyasi maraqlarını təbliğ etmək məqsədi güddüyünü başa düşməyəcək qədər sadəlövh deyilik. Bu hətta müəyyən mənada normal sayıla bilər, amma yalnız ikitərəfli münasibətlərə xələl gətirməmək şərti ilə.

Məsələn, müəyyən siyasi anlaşılmazlıqların olduğu bir dövlətdə belə bir təşkilatın fəaliyyəti, müttəfiq ölkələrdəki fəaliyyətlərdən fərqli şəkildə həyata keçirilir. Təşkilatın sosial şəbəkələrindəki hesabları, əsasən də hesabatlarından göründüyü kimi, sözügedən “Rus Evi”ndə müxtəlif mədəni tədbirlər, yazıçılarla görüşlər, sərgilər, tamaşalar, konsertlər, seminarlar keçirilir. Lakin bu, sadalanan tədbirlərdən əlavə vaxtlarda orada geniş ictimaiyyətə açıqlanmayan və heç də əyləncə xarakteri daşımayan özəl görüşlərin keçirilə bilməsini istisna etmir. Məhz buna görə də bu cür təşkilatların fəaliyyəti həmişə bütün ölkələrdə xüsusi qurumların diqqət mərkəzində olur. Yeri gəlmişkən, Rusiyada da müxtəlif ölkələrin oxşar mədəniyyət mərkəzlərində belədir.

Təkrar edək ki, bu təşkilatların fəaliyyətində, xüsusilə müttəfiqlik sazişi ilə bir-birinə bağlı olan və özlərini dost adlandıran dövlətlər arasında qeyri-rəsmi olaraq müəyyənləşdirilmış və riayət edilən sərhədlər var.

Bu konkret halda – əgər Baku TV jurnalistləri bu barədə danışmağa başlayıblarsa – “Rossotrudniçestvo” bu sərhədi birmənalı keçib. Və indi tamamilə əsassız ittihamlar irəli sürən və televiziya kanalına qarşı gülünc təhdidlər yağdıran Yevgeni Primakov, yəqin ki, söhbətin nədən getdiyini və Baku TV-nin jurnalist araşdırmasının hansı gerçəkləri ortaya çıxara biləcəyini çox yaxşı bilir. Bir neçə söz də “Rus Evləri” adı altında fəaliyyət göstərən təşkilatın ümumiyyətlə nə işlə məşğul oduğu barədə deyək.

Agentliyin özünün rəsmi səhifəsində qeyd olunduğu kimi təşkilatın əsas missiyası “dünyada Rusiyanın humanitar təsirinin gücləndirilməsidir”. Agentlik 71 ölkədə 87 nümayəndəliklə təmsil olunur. “Rossotrudniçestvo”nun prototipi 1925-ci ildə yaradılmış “Xariclə Mədəni Əlaqələr Üzrə Ümumittifaq Cəmiyyəti” (VOKS) olub. Yəni, o kifayət qədər uzun müddətdir ki, mövcuddur. Lakin “Rossotrudniçestvo”nun real fəaliyyəti Rusiyameyilli şəbəkənin yaradılmasına yönəlib.

SSRİ dövründə də belə olub, bu gün də davam edir. Yevgeni Primakov qəzəbli teleqram postunda Almaniyada “oxşar mövzu üzrə məhkəmə iddiası”ndan bəhs edir. Lakin 2023-cü ildə o, Sloveniya, Slovakiya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyada “Rus evləri”nin bağlanması barədə danışmışdı. Düzdür, onun versiyasına görə, bunun səbəbi ya mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə bağlı hökumətlərarası sazişlərin dayandırılması, ya da diplomatların qovulması idi. Çünki mərkəzlərin əməkdaşları da adətən səfirlikdə akkreditə olunurlar. “Diplomatlar”ın həqiqətən sadəcə diplomat olub-olmadığı isə sual altındadır.

Bu gün “Rossotrudniçestvo” resurslarını hazırda Rusiya üçün prioritet olan regionlara – Afrika, Asiya və Latın Amerikası ölkələrinə yönəldir. Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə “Rus Evi”nin rəhbəri Rusiya hərbi kəşfiyyatının nümayəndəsi Dmitri Sıtıdır. Başqa bir nümunə – Cyprus Daily News qəzeti Kiprdəki Rus Evinin fəaliyyəti haqqında “Rusiya xüsusi xidmət orqanlarının agentura mərkəzi” deyə bəhs edir. Daha bir nümunə – Danimarkadır ki, yerli Information qəzetinin yazdığına görə, “Rus Evi” burada da uzun illər Rusiya kəşfiyyatı üçün qalxan rolunu oynayıb.

“Burada keçirilən tədbirlərin foto və video materiallarını araşdıran jurnalistlər ölkədən qovulmuş casuslardan bəzilərini aşkar ediblər”, – deyə qəzet yazıb. İndi isə Primakovun anti-Azərbaycan fəaliyyətini xatırlayaq. Bakıda bu barədə yaxşı məlumatlı idilər, lakin yenə də ikitərəfli əlaqələrin səviyyəsini nəzərə alaraq, bu mövzunu qabartmırdılar.

2021-ci il noyabrın 11-də “Rossotrudniçestvo”nun Moskva ofisində “Donbass uşaqları – Qarabağ uşaqlarına” adlı sərgi keçirildi. Burada tamamilə fərqli regionlar və fərqli siyasi vəziyyətlər arasında mənasız paralel aparılaraq Qarabağdan olan erməni uşaqlara dolayı yolla təlqin edildi ki, onlar yalnız Rusiyanın hərbi mövcudluğu sayəsində sağ qala biliblər. 2022-ci il martın 1-də Ermənistan Milli Elmlər Akademiyasında İrəvandakı “Rus Evi” tərəfindən hazırlanmış multimedia interaktiv xəritənin təqdimatı baş tutdu. Xəritədə Rus-Fars və Rus-Türk müharibələrinin tarixi irs abidələri əksini tapmışdı. İrəvan qalası bölməsində onun “fars qoşunlarından azad edildiyi” qeyd olunur və uydurma “Şərqi Ermənistan” termini tez-tez xatırlanırdı.

Belə nümunələr çoxdur… Primakovun 44 günlük müharibə dövründə bir qrup ermənipərəst hərbi müxbirlə əlaqələrini xatırlatmaq kifayətdir. Sonda Yevgeni Primakovdan soruşmaq istəyirik ki, niyə o, “Rossotrudniçestvo”nun rəhbəri kimi, Rusiya mediasında ölkəmizi və rəhbərliyimizi bu qədər açıq və kobud şəkildə təhqir edən materialların yayılmasına etiraz etməyib? Yoxsa o yalnız Baku TV-yə baxır və öz ölkəsinin mediasındakı media-itlərin “həyat fəaliyyətinin məhsullarını” görmür? Və başa düşmür ki, “Hücum!” əmri onlara yalnız ona görə verilib ki, Azərbaycan – Rusiyanın dostu və müttəfiqi, sadəcə ədalətli şəkildə vəziyyətin araşdırılmasını, AZAL təyyarəsinin qəzasının həqiqəti gizlətmədən və yayınmadan təhqiq edilməsini, məsuliyyətin qəbul edilməsini tələb edib?!.. Nəticədə nə əldə etdik, “Rossotrudniçestvo” əvvəlcə araşdırma jurnalistlərin marağına səbəb ola biləcək bir şey təşkil edib, sonra isə Baku TV-ni günahlandırıb və təhdidlərlə çıxış etməklə yumşaq desək, qeyri-etik davranır.

Bəlkə də, Primakovun Azərbaycana qarşı antipatiyasında miras amili özünü göstərir? Azərbaycanda Rossotrudniçestvo rəhbərinin babasının, Rusiyanın keçmiş baş nazirinin 1990-cı il Qara Yanvar faciəsinə görə Qorbaçov və Yazov qədər məsuliyyət daşıdığını yaxşı xatırlayırlar.

Ətraflı süjetdə:

 

Əvvəlki Yazı

DGK Avropaya göndərilən 272 milyonluq narkotiki məhv etdi

Növbəti Yazı

İqor Kşnyakinin təyyarə kabinəsindən videosu yayıldı

XƏBƏR LENTİ

1-ci Qarabağ Müharibəsi Şəhidi Zərdabda dəfn edildi – Fotolar

Daha 3 şəhidimiz Kəlbəcərdə dəfn olunacaq

02 İyul 2025 / 20:40
14
Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

02 İyul 2025 / 19:36
41
Prezidentlər iclasda iştirak edirlər

Prezidentlər iclasda iştirak edirlər

02 İyul 2025 / 16:13
36
Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

02 İyul 2025 / 13:08
46
Ersin Tatar Azərbaycana gəlib – FOTO

Ersin Tatar Azərbaycana gəlib – FOTO

02 İyul 2025 / 12:33
29
Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

02 İyul 2025 / 12:26
20
Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

Polis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr

02 İyul 2025 / 12:21
24
Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

02 İyul 2025 / 11:28
19
“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

02 İyul 2025 / 11:19
8
Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

02 İyul 2025 / 11:08
39
Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

02 İyul 2025 / 10:56
36
Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

02 İyul 2025 / 10:49
33
Goranboyda bacısını bıçaqlayan şəxs həbs edildi

Sumqayıtda qadın küçədə qətlə yetirilib

02 İyul 2025 / 10:04
4
Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

02 İyul 2025 / 9:56
35
ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

02 İyul 2025 / 9:47
42
Moskvada Azərbaycanlılar Rusiya bayrağını endirib Azərbaycan bayrağını qaldırdılar -Foto

Moskvada Azərbaycanlılar Rusiya bayrağını endirib Azərbaycan bayrağını qaldırdılar -Foto

02 İyul 2025 / 9:30
49
Deputat İmişlini kənd-kənd gəzir-Fotolar

Deputat İmişlini kənd-kənd gəzir-Fotolar

02 İyul 2025 / 9:13
65
Qəzza xəstəxanaları bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər

Qəzza xəstəxanaları bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər

02 İyul 2025 / 9:05
36
Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

01 İyul 2025 / 19:26
16
Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

01 İyul 2025 / 15:00
5
QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

01 İyul 2025 / 14:54
12
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

01 İyul 2025 / 13:33
22
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
28
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
10
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
16
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
34
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
20
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
27
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
39
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
30
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.