13 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Türkiyənin ən gözəl turizm bölgələrindən biri: Fəthiyə – FOTOLAR

Yanvar 24, 2025
Dünya, Redaktorun Seçimi
A A
Türkiyənin bütün bölgələri ilin bütün fəsillərində turizm üçün əlverişlidir. Maraqlıdır ki, son illər Ümumdünya Turizm Təşkilatı da Türkiyənin turizm üçün ən gözəl və münbit şərait olduğunu açıq etiraf edir. Pandemiyadan sonra turizmin yüksək səviyyədə artım tempinin əsas səbəbi isə turistlərin üçün yaradılan şəraitdən irəli gəlir.
Həmçinin türk mətbəxinin gözəlliyi və tarixi abidələrin çoxluğu, çimərliklərin çoxluğu Avropa ölkələrinin, həmçinin Rusiya, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən turistlərin axınına səbəb olub. Türkiyənin ən gözəl bölgələrindən biri olan Fəthiyə haqqında bu yazımızda oxucularımızı tanış edəcəyik. Fəthiyə Türkiyə Muğla əyalətinin 13 bölgəsindən biridir.
Qədim tarixə malik bu Fəthiyə e.ə. VI əsrdə Əhəmənilər İmperiyasına ərazisinə daxil olub. E.ə. V əsrdə isə Delos Birliyinin himayəsində olub. Fəthiyə şəhərinin E.ə. V əsrdə salındığı güman edilir. Bölgə E.ə. 362-ci ildə Likiyaya daxil olur. Qədim dövrdə Telmessos adlandırılan şəhər Likiyanın Kariya ilə sərhəddə yerləşən bir əyaləti olub. Telmessos şəhərinin əfsanəsinə görə Finikiya kralı Agenorun qızına vurulan Apollon, köpək cildinə girərək utancaq qıza yaxınlaşır və evlənirlər.
Doğulan oğlana Telmessos adını qoyan Apollon, qurduğu bu şəhərə Telmessos adı verir. Roma və Bizans dövründə olduqca böyük mədəniyyət mərkəzi olan Telmessos, Tanrı Apollona adanmış məşhur bir dini mərkəz olduğu da ehtimal olunur. Farsların Anadoluya hücumu zamanı Likiya torpaqları ilə birgə farsların hakimiyyəti altına girdi. Bu Torpaqları Farsların Kariya satrapı Mausolos idarə edirdi.
E.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin işğalına məruz qalan Telmessos Makedoniyalılardan sonra Selevkilərin hakimiyyətini qəbul edir. E.ə. III əsrin sonlarında Misirdəki Lagos xanədanlığına daxil olur. Şəhər E.ə. 189-cu ildə Romalılar tərəfindən Bergama krallığına, E.ə. 133-cü ildə isə Likiya Birliyinə daxil olur. VIII əsrdə Bizans imperatoru II Anastasinin şərəfinə şəhər Anatasiapolis olaraq adlandırıldı. Rum Səlcuqlu dövləti dövründə Menteşe bəy rəhbərliyindəki türk boyu Bizansla sərhəddə yerləşən Muğla əyalətinə yerləşdirilir. Rum Səlcuqlu dövlətinin çökməsi ilə Menteşeoğulları bu torpaqlarda 1261-ci ildə öz bəyliyini qurdular. 1284-cü ildə Anatasiapolis adlanan şəhər Menteşeoğulları bəyliyinə daxil olur. 1424-cü ildə Menteşeoğulları bəyliyi Osmanlılar tərəfindən işğal olunarkən Anatasiapolisdə osmanlıların hakimiyyətinə girdi. Bu dövrdə əyalətin adı Meğri olaraq dəyişdirildi. Rum dilində Meğri “uzaq diyar” kimi tərcümə edilir.
Bölgənin bu günkü adı 1914-cü ildə təyyarə qəzasında şəhid düşən Fəthi bəyin şərəfinə Fəthiyə olaraq dəyişdirilir. Fəthiyə bölgəsi 11 may 1919-cu il tarixindən 20 iyun 1920-ci il tarixinə qədər İtalyanların işğalı altında qalıb. Məhz bu səbəbdən Fəthiyədə müxtəlif xalqların mədəniyyətini, yemək ənənələrini görmək mümkündür. Turistlərin bu bölgəyə axın etməsinin bir səbəbi də məhz budur.
Fəthiyə bölgəsi Türkiyənin əhəmiyyətli turizm bölgələrindən biridir. Fəthiyə şəhərinin simvolu olan Amitas məzarı şəhəri əhatə edən təpə üzərində yerləşir. Burada o, açıq hava muzeyi görüntüsü yaradır. IV əsrdə Telmessos şəhərinin başçısı Kral Amintaşın şərəfinə hazırlandığı bu məzarla yanaşı, Telmessos akropoluna aid olan və Əziz John Cəngavərləri tərəfindən inşa edildiyi Qala qalıqları var. Qalanı, Fəthiyəni bir dəniz limanı kimi istifadə edən Rodos cəngavərləri XV əsrdə bərpa etdilər.
Fəthiyənin mərkəzində gəzinti zamanı, Hökumət evinin baxçasında yer alan üzərində döyüşçü yazıları olan Qəbirdaşı diqqətimizi çəkəcək. Bundan başqa qazıntılar nəticəsində ortaya çıxan Telmessos amfiteatrı ilkin Roma dövründə inşa edilib və 5000 nəfərlik binanın Bizans dövründə Arena olaraq istifadə edildiyi müəyyən edilmişdir. Bu teatr körpünün arxasında yerləşir. Burada Osmanlı tərəfindən 1791-ci ildə inşa edilən Köhnə Məscid və bu gündə istifadə edilən 14 qübbəli və 6 kəmərli bir quruluşa sahib Fəthiyə hamamıda var. Bu iki abidə Paspatur məhəlləsindən də görünür. Bundan başqa 2001-ci ildə Fəthiyə Şəhidlər Abidəsini də görə bilərsiniz. Abidənin üstünə həkk edilən yazılarda döyüşlərdə şəhid olan əsgərləri görə bilərsiniz.
Fəthiyə Muzeyi
Fəthiyə muzeyi şəhərin mərkəzində yerləşir. Likiya, Əhəmənilər, Ellinizm, Roma və Bizans dövründə aid arxeoloji əsərləri görə biləcəyimiz muzeyin etnoqrafiya hissəsində yerli əhaliyə məxsus tikiş nümunələri, əl işləri, kaftanlar və digər əşyalar nümayiş edilir. Burada xüsusilə Üzümlü bölgəsinə xas olan “Dastar” tikiş dəzgahı var. Muzeyin açıq hissəsində böyük daş bloklu əsərlər, qəbir məzarları və Likiya mədəniyyətinə aid “İzraza abidəsi” sərgilənir. Telmessos və ətrafındakı digər antik şəhərlərdən qazıntılar nəticəsində əldə edilən əşyaları Fəthiyə muzeyində görə bilərsiniz.
Fəthiyə həm də dənizlə dağın, təbiətlə tarixin harmoniyasını özündə əks etdirir. Bir sözlə öz gözəlliyi ilə turistlərin qəlbini ovsunlayan Fəthiyəyə yolunuzu salsanız, həm Roma, həm Bizans, həm də Türkiyə mədəniyyətinin, tarixinin izləri ilə üz-üzə qalacaqsınız.
Avropa.info


Əvvəlki Yazı

Bakıda daha bir kiberdələduz saxlanılıb

Növbəti Yazı

Bakıda Yanğınsöndürənlərin yolunu kəsən dirəklər söküldü – Fotolar

XƏBƏR LENTİ

PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

12 İyul 2025 / 19:59
18
TƏCİLİ: Putin İlham Əliyevdən ÜZR İSTƏDİ

Putin İranın nüvə silahı əldə etməsinə qarşı çıxdı – Tehran-Moskva xəttində gərginlik

12 İyul 2025 / 17:23
5
SOCAR-la Suriya hökuməti arasında Anlaşma Memorandumu – FOTO

SOCAR-la Suriya hökuməti arasında Anlaşma Memorandumu – FOTO

12 İyul 2025 / 16:58
38
Prezident Ərdoğan və xanımı duyğusal anlar yaşadılar -Video

Prezident Ərdoğan və xanımı duyğusal anlar yaşadılar -Video

12 İyul 2025 / 16:58
36
Əhməd əl Şaraa Prezident İlham Əliyevə niyə təşəkkür etdi? – Bakıda tarixi enerji danışıqları – FOTO, YENİLƏNİB

Əhməd əl Şaraa Prezident İlham Əliyevə niyə təşəkkür etdi? – Bakıda tarixi enerji danışıqları – FOTO, YENİLƏNİB

12 İyul 2025 / 16:51
50
Qəzza hökuməti: Qəzzada 5 yaşa qədər 650 min uşaq aclıqla üzləşib

Qəzza hökuməti: Qəzzada 5 yaşa qədər 650 min uşaq aclıqla üzləşib

12 İyul 2025 / 16:46
31
Türk Əsrinin qapıları açıldı… – Ərdoğandan 47 illik terroru bitirən tarixi açıqlamalar

Türk Əsrinin qapıları açıldı… – Ərdoğandan 47 illik terroru bitirən tarixi açıqlamalar

12 İyul 2025 / 16:29
76
Yeni Reallıqlar: Mülahizələr və Geosiyasi Dəyərləndirmə – Azər Hüseynov yazır

Yeni Reallıqlar: Mülahizələr və Geosiyasi Dəyərləndirmə – Azər Hüseynov yazır

12 İyul 2025 / 15:45
49
Tramp İmmiqrasiya və Gömrük Mühafizəsinə “tam səlahiyyət” verir

Tramp İmmiqrasiya və Gömrük Mühafizəsinə “tam səlahiyyət” verir

12 İyul 2025 / 12:52
38
Suriyada silah anbarında partlayış: 5 ölü, 14 yaralı

Suriyada silah anbarında partlayış: 5 ölü, 14 yaralı

12 İyul 2025 / 9:29
14
ABŞ Dövlət Departamenti 1300-dən çox əməkdaşını ixtisar edir

ABŞ Dövlət Departamenti 1300-dən çox əməkdaşını ixtisar edir

12 İyul 2025 / 8:57
21
BMT-nin mənzil-qərargahında “Beynəlxalq Fələstin Konfransı” keçiriləcək

BMT-nin mənzil-qərargahında “Beynəlxalq Fələstin Konfransı” keçiriləcək

12 İyul 2025 / 8:49
25
Türkiyədə ilin birinci yarısında saatda 4 zəlzələ olub

İsmayıllıda güclü zəlzələ oldu

12 İyul 2025 / 8:43
44
Suriyanın şimalında ərəb qəbilələri PKK/YPG-yə qarşı üsyana başladı! – ABŞ SDQ-yə üz çevirdi!

Suriyanın şimalında ərəb qəbilələri PKK/YPG-yə qarşı üsyana başladı! – ABŞ SDQ-yə üz çevirdi!

12 İyul 2025 / 3:10
49
İran və İsrail arasında yeni böyük müharibə riskini göstərən dörd önəmli işarət…

İran və İsrail arasında yeni böyük müharibə riskini göstərən dörd önəmli işarət…

12 İyul 2025 / 2:29
36
The Economist: Azərbaycanla Ermənistan arasındakı sülh perspektivi Kremlin Qafazdakı gücünü zəiflədir!

The Economist: Azərbaycanla Ermənistan arasındakı sülh perspektivi Kremlin Qafazdakı gücünü zəiflədir!

12 İyul 2025 / 1:43
19
PKK-nın tərkisilah mərasiminin keçirildiyi Casene mağarasının simvolik anlamı nədir?

PKK-nın tərkisilah mərasiminin keçirildiyi Casene mağarasının simvolik anlamı nədir?

11 İyul 2025 / 19:32
48
İsrail İranın nüvə obyektlərinin tamamilə məhv edilmədiyini bildirir! – Yeni savaş an məsələsi!

İsrail İranın nüvə obyektlərinin tamamilə məhv edilmədiyini bildirir! – Yeni savaş an məsələsi!

11 İyul 2025 / 18:32
69
Quzey Kıbrıs Türk Cümhuriyyətində böyük dönüşüm başlayır – 100 milyon dollarlıq nəhəng YATIRIM

Quzey Kıbrıs Türk Cümhuriyyətində böyük dönüşüm başlayır – 100 milyon dollarlıq nəhəng YATIRIM

11 İyul 2025 / 18:20
36
Ərdoğanın baş müşaviri dünyasını dəyişdi

Ərdoğanın baş müşaviri dünyasını dəyişdi

11 İyul 2025 / 17:04
20
Zelenski Rusiyanın Xarkova hücumunda doğum evinin də hədəf alındığını bildirib

Zelenski Rusiyanın Xarkova hücumunda doğum evinin də hədəf alındığını bildirib

11 İyul 2025 / 17:03
29
Yalçın Rəfiyev:”Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub”

Yalçın Rəfiyev:”Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub”

11 İyul 2025 / 16:56
37
“Terrorsuz Türkiyə”də tarixi gün! PKK ilk dəfə silahlarını yandırdı – FOTOLAR

“Terrorsuz Türkiyə”də tarixi gün! PKK ilk dəfə silahlarını yandırdı – FOTOLAR

11 İyul 2025 / 16:51
55
Baş prokuror Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib -Fotolar

Baş prokuror Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib -Fotolar

11 İyul 2025 / 16:46
6
“Terrorsuz Türkiyə” planının son mərhələsi: Terror təşkilatı PKK silahlarını məhv edir!

“Terrorsuz Türkiyə” planının son mərhələsi: Terror təşkilatı PKK silahlarını məhv edir!

11 İyul 2025 / 14:13
47
Prezident İlham Əliyev vacib Fərman imzaladı

Prezident İlham Əliyev vacib Fərman imzaladı

11 İyul 2025 / 12:34
40
Əminə Ərdoğan Srebrenitsa Soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib

Əminə Ərdoğan Srebrenitsa Soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib

11 İyul 2025 / 11:44
26
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Prezident İlham Əliyev Monqolustan prezidentinə təbrik məktubu ünvanlayıb

11 İyul 2025 / 11:23
38
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

ABŞ prezidenti Tramp NATO vasitəsilə Ukraynaya silah göndərəcəklərini açıqlayıb

11 İyul 2025 / 11:19
30
Pakistanda terror hadisəsi: ölənlər var

Pakistanda terror hadisəsi: ölənlər var

11 İyul 2025 / 10:06
25
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.