Kazan hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər səbəbindən “Nordwind” şirkətinin dörd reysi gecikir.
Avropa info xəbər verir ki, bu barədə aviaşirkətin teleqram kanalında məlumat verilib.
“Aviaşirkət öz uçuş cədvəlini Tatarıstan Respublikasının paytaxtına/paytaxtından olaraq dəyişməyə məcbur olub. Aşağıdakı reyslər təxirə salınıb: N4-740 Krasnoyarsk – Kazan, N4-744 İrkutsk – Kazan, N4-713 Kazan – Qroznı, N4-714 Qroznı – Kazan”, – şirkətdən bildiriblər.
“Nordwind” əlavə edib ki, gecikən reyslərdə sərnişinlərə federal aviasiya qaydalarına uyğun xidmət göstəriləcək. Aviaşirkət sərnişinləri məlumatı diqqətlə izləməyə çağırıb