Amerikalı jurnalist Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun transgender olduğunu sübut edəcəyini deyib.
Avropa.info bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Jurnalist Kendis Ouens Brijit Makron adında qadının olmaması barədə məlumat topladığını iddia edib və yanvarın 30-da əlində olan faktları paylaşacağını deyib.
Xatırladaq ki, Fransa Prezidentinin həyat yoldaşı 2023-cü ildə onun cinsiyyət dəyişdirməsi ilə bağlı xəbər yayan iki qadını məhkəməyə verib. Fransanın birinci xanımının iddialarına görə, qadınlar məlumat bazasında onun cinsiyyəti ilə bağlı məlumatları dəyişdiriblər