Avropa.info xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. İstehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq istehlaka təqdim edilməsinin qarşısı alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub.
İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.
Milli.Az