Bəzi ərazilər var ki, sərhədin delimitasiyası zamanı biz onlarla bağlı sənədlərimizi, əsaslandırmalarımızı, xəritələrimizi təqdim etməliyik”.
Avropa.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin niyə şimaldan cənuba doğru aparılması ilə bağlı sualı cavablandırıb.
“Biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq. Çünki bunu sülh prosesinin sütunlarından biri hesab edirik. Həm bizim, həm də Azərbaycan tərəfi konstruktiv səylər göstərdi və biz ortaq məxrəcə gəldik”, – Mirzoyan vurğulayıb.