08 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Ölkəmizə qarşı çox sayda cinayət törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi bu gün davam edəcək

Yanvar 21, 2025
Gündəm
A A

Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə bu gün məhkəmənin növbəti iclası keçiriləcək

Avropa.info xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdiriləcək.

Məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin ediliblər.

Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri Qukasyan, Arayik Vladimiri Arutyunyan, Bako Sahaki Saakyan, Davit Rubeni İşxanyan, Davit Klimi Babayan, Lyova Henrixi Mnatsakanyan, Davit Azati Manukyan, Qarik Qriqori Martirosyan, Melikset Vladimiri Paşayan, Davit Nelsoni Allahverdiyan, Qurqen Homerosi Stepanyan, Levon Romiki Balayan, Madat Arakeli Babayan, Vasili İvani Beqlaryan və Erik Roberti Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Əvvəlki Yazı

Azərbaycanda vəzifəli şəxsin qızı avtomobil vuraraq öldurub

Növbəti Yazı

“Mən prezident Putinlə danışmalıyam, biz bunu müzakirə edəcəyik”-Tramp

XƏBƏR LENTİ

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
3
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
35
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
1
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
1
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
26
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
27
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
32
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
23
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
11
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
7
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
13
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
8
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
12
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
11
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
7
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
14
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
9
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
12
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
15
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
12
“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

07 Noyabr 2025 / 13:12
13
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

07 Noyabr 2025 / 13:07
15
Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

06 Noyabr 2025 / 17:22
24
Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

04 Noyabr 2025 / 20:57
10
Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

01 Noyabr 2025 / 16:24
23
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.