22 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? – AÇIQLAMA

Yanvar 21, 2025
Cəmiyyət, Redaktorun Seçimi
A A
2025-ci ildə Həcc ziyarətinin qiymətləri bahalaşıb.
Avropa.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il Azərbaycan zəvvarlarının həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 950 dollar təşkil edir. Ziyarət hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Otən il isə Həcc ziyarətinin qiyməti 5 850 dollar olub.
Araşdırmaçı yazar Rəsul Mirhəşimli Qaynarinfo-ya bildirib ki, Həcc ziyarəti İslamın beş əsas şərtindən biridir:
”Bu ziyarət dünyadakı milyonlarla müsəlman üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Həcc ziyarəti maddi imkanları bu ibadəti gerçəkləşdirməyə yetən müsəlmanlar üçün vacib sayılır, o zaman məsələni anlamaq mümkün ola bilər.  Lakin qeyd etmək lazımdır ki, bu məsələ təkcə obyektiv səbəblər üzündən qiymət artımı ilə müşahidə olunmur, problemin yaranmasının həm də subyektiv cəhətləri mövcuddur. Bu da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) özünün tətbiq etdiyi qiymət siyasətindən irəli gəlir”.
R.Mirhəşimli onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı hər ölkədə orada yaşayan müsəlmanların sayına uyğun həcc kvotası müəyyən edir:
“Bu da təxminən hər milyon nəfər üçün min nəfər zəvvarın gedişinə şərait yaradır. Bu kvotanı əsas götürməklə QMİ-də Həccə gedəcək zəvvarların sayını artıra bilər. Çünki əvvəlki illərdə Azərbaycan zəvvarları 5 min nəfərlə Həccə getdiyi vaxtlar olub. Zəvvarların sayının çox olması xidmət səviyyəsindən asılı olaraq, qiymətlərə də təsir edə bilər, bu zaman ortaya fərqli qiymətlər çıxaracaq. Azərbaycan zəvvarları əvvəlki illərdə bu cür fərqli qiymətlərə uyğun öz büdcəsinə görə seçim edirdi. Lakin  neçə ildir bu fərq aradan qaldırılıb, QMİ Həcc ziyarəti ilə bağlı yalnız bir qiymət təklif edir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Həcc ziyarətinin qiymətlərinin artması çoxsaylı müsəlmanların bu müqəddəs və vacib ibadəti yerinə yetirmələrinə mane olur. Məsələyə dünyadakı iqtisadi böhranlar, inflyasiya və qlobal münaqişələr prizmasından yanaşanda bu hadisələrin Həcc ziyarətinin qiymətinə birbaşa təsir göstərdiyini görürük. Dünyanın müxtəlif yerlərində baş verən münaqişələr, daşımaların çətinləşməsi, yanacaq qiymətlərinin artması, logistika və infrastruktura xərclərin yüksəlməsi ümumilikdə ziyarət xərclərinin  artmasına səbəb olur. Bu səbəbdən,  Səudiyyə Ərəbistanı zəvvarları qarşılayan ölkələr və əlaqəli şirkətlər əlavə xərc və risklərlə üzləşirlər ki, bu da ziyarət qiymətlərinin yüksəlməsinə yol açır”.
Ekspert vurğulayıb ki, Azərbaycandan Həcc ziyarətinə gedənlər yalnız təyyarə ilə Səudiyyə Ərəbistanına uçurlar:
“Təyyarə biletlərinin qiymətləri də digər bir mühüm faktordur. Təyyarə biletlərinin qiymətinin yüksəlməsi, xüsusilə yüksək mövsüm və tələbin artması dövründə ziyarət xərclərinə əhəmiyyətli dərəcədə təsir edir. Bundan əlavə, Səudiyyə  Ərəbistanı daxilində zəvvarların gediş-gəlişi və Həcc mərasimlərinin təşkili üçün ayrılmış avtobusların sayının azlığı və avtonəqliyyat xərclərinin artması da qiymətləri yüksəldən başqa faktordur. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda QMİ-nin təklif etdiyi qiymət həm ölkədaxili, həm də beynəlxalq bazarda baş verən dəyişiklikləri tam əks etdirməyə bilər. Bununla yanaşı, müxtəlif amillərdən qaynaqlanan qiymət artımları QMİ-nin təklif etdiyi qiymətlərə əlavə edildikdə, ziyarət xərcləri daha da yüksəlir”.
Rəsul Mirhəşimli təklif edir ki, QMİ-in bu vəziyyətin aradan qaldırılması üçün həm beynəlxalq, həm də yerli səviyyədə daha effektiv tədbirlər görməlidir:
“Lakin bu narazılığın əksinə olaraq, QMİ hər il qiymətləri artırmaqda davam edir. Azərbaycan vətəndaşları bu qiymətləri 110 min zəvvarına Diyanət İşləri Başqanlığının 30 min personalı ilə tibbi və s. xidmətləri göstərən qardaş Türkiyə ilə müqayisə edə bilər. O zaman ortaya qiymətlərlə zəvvarlara göstərilən xidmətlərin keyfiyyəti arasında mütənasibliyin şahidi olacaqlar. Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlı zəvvarlara İndoneziya, Malaziya və Türkiyə səviyyəsində yüksək xidmət göstərə bilirsə, buyursun, hər il artırdığı qiymətə haqq qazandırsın”.
Əvvəlki Yazı

Antalyanın irsi: Qədim yaşayış məskənləri – FOTOLAR

Növbəti Yazı

Trampin rəqsi gündəm oldu

XƏBƏR LENTİ

Dünya ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsinə reaksiya verib

Dünya ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsinə reaksiya verib

22 İyun 2025 / 19:00
19
Quterreş: İrana qarşı güc tətbiqindən dərin narahatam

Quterreş: İrana qarşı güc tətbiqindən dərin narahatam

22 İyun 2025 / 6:57
32
Ağ Ev: Tramp iki həftə ərzində İranla bağlı qərar verəcək

ABŞ İrandakı nüvə obyektlərinə zərbələr endirib

22 İyun 2025 / 6:48
35
Putindən bu ölkələrə TƏHDİD – Paşinyanın reaksiyası necə olacaq?

Putindən bu ölkələrə TƏHDİD – Paşinyanın reaksiyası necə olacaq?

21 İyun 2025 / 21:28
27
Suriyanın devrilmiş rejim rəhbəri Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyanın devrilmiş rejim rəhbəri Bəşər Əsədin əmisi oğlu saxlanıldı

21 İyun 2025 / 21:18
13
İsraildən İranın iki kritik şəhərinə hücum: İnqilab Keşikçiləri hədəf alındı

İsraildən İranın iki kritik şəhərinə hücum: İnqilab Keşikçiləri hədəf alındı

21 İyun 2025 / 21:10
2
İrandan son XƏBƏRDARLIQ – Sabaha qədər möhlət verildi

İrandan son XƏBƏRDARLIQ – Sabaha qədər möhlət verildi

21 İyun 2025 / 20:58
3
Ərdoğan: Netanyahu regional sülhə ən böyük maneədir

Ərdoğan: Netanyahu regional sülhə ən böyük maneədir

21 İyun 2025 / 15:47
27
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

21 İyun 2025 / 14:22
35
Ərdoğanla Paşinyanın görüşü başladı

Paşinyanın səfərinin detalları: Ərdoğandan 3 istəyi var…

21 İyun 2025 / 8:59
19
Araqçi: ABŞ regionda müharibəyə qoşularsa, İran Amerika hərbçilərinə cavab zərbələri endirəcək

Araqçi: ABŞ regionda müharibəyə qoşularsa, İran Amerika hərbçilərinə cavab zərbələri endirəcək

21 İyun 2025 / 8:45
30
Rusiya ABŞ-a İrana hücum etməməyi tövsiyə edib

Rusiya ABŞ-a İrana hücum etməməyi tövsiyə edib

21 İyun 2025 / 8:31
64
Braziliyada güclü yağışlar 3 nəfərin həyatına son qoyub

Braziliyada güclü yağışlar 3 nəfərin həyatına son qoyub

21 İyun 2025 / 8:02
39
İsrail İranın Qum şəhərində mülki binaya hücum edib, 1 nəfər ölüb

İsrail İranın Qum şəhərində mülki binaya hücum edib, 1 nəfər ölüb

21 İyun 2025 / 7:32
63
İranda 5,5 bal gücündə zəlzələ baş verib

Birqütblü dünya keçmişdə qaldı: İndoneziya Prezidenti Subianto

20 İyun 2025 / 23:48
45
İranda 5,5 bal gücündə zəlzələ baş verib

İranda 5,5 bal gücündə zəlzələ baş verib

20 İyun 2025 / 23:45
50
Putin İstanbulda sülh danışıqlarını müzakirə edib

Vladimir Putin: “Biz İranı dəstəkləyirik”

20 İyun 2025 / 22:03
27
Türkiyənin birinci xanımı Əminə Ərdoğan YKS-də iştirak edən tələbələrə uğurlar dilədi

Türkiyənin birinci xanımı Əminə Ərdoğan YKS-də iştirak edən tələbələrə uğurlar dilədi

20 İyun 2025 / 21:52
33
Dünyanın gözlədiyi an: İran danışıqlar masasına oturur

Dünyanın gözlədiyi an: İran danışıqlar masasına oturur

20 İyun 2025 / 21:22
69
Təqsirləndirilən Bako Sahakyan Məhkəmədə Aprel döyüşləri ilə bağlı etiraf etdi

Təqsirləndirilən Bako Sahakyan Məhkəmədə Aprel döyüşləri ilə bağlı etiraf etdi

20 İyun 2025 / 21:06
54
ABŞ-dan İranı sarsıdacaq qərar: Siyahı açıqlandı

ABŞ-dan İranı sarsıdacaq qərar: Siyahı açıqlandı

20 İyun 2025 / 21:00
28
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

20 İyun 2025 / 20:55
26
Antalya yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib

Türkiyənin Bodrum vilayətində güclü zəlzələ baş verib

20 İyun 2025 / 20:48
5
Ərdoğanla Paşinyanın görüşü başladı

Ərdoğanla Paşinyanın görüşü başladı

20 İyun 2025 / 20:19
47
ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

ABŞ-ın İrana qarşı yeni sanksiyaları

20 İyun 2025 / 20:07
53
Saatlıda 18 yaşlı gənc çayda batib

Saatlıda 18 yaşlı gənc çayda batib

20 İyun 2025 / 20:05
37
Qax rayonunda təmir sexində yanğın baş verib

Qax rayonunda təmir sexində yanğın baş verib

20 İyun 2025 / 18:28
32
BMT İsraili media quruculuğunu hədəfə aldığı üçün “beynəlxalq hüquq”la bağlı xəbərdar edir

BMT İsraili media quruculuğunu hədəfə aldığı üçün “beynəlxalq hüquq”la bağlı xəbərdar edir

20 İyun 2025 / 17:25
48
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb

20 İyun 2025 / 16:49
121
Bakida taksi ilə skuter toqquşdu – Yeniyetmə öldü-Video

Bakida taksi ilə skuter toqquşdu – Yeniyetmə öldü-Video

20 İyun 2025 / 16:44
33
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.