04 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Antalyanın irsi: Qədim yaşayış məskənləri – FOTOLAR

Yanvar 21, 2025
Dünya, Redaktorun Seçimi
A A
Türkiyə turizm cənnətidir. Hər il milyonlarla turist bu qədim ölkəni ziyarət edir. Türkiyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim yaşayış məskənləri haqqında öz təəssüratlarını paylaşırlar.
Hər il Türkiyəyə axın edən turistlərin sayı durmadan artır. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antik kəndlərə səfər edən turistlər maraqlı auraya düşdüklərini etiraf edirlər. Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər.
Məşhur səyyah Frederik Parat isə Türkiyəni gəzdikdən sonra burana axirətdəki cənnət olaraq qeyd edib. “Bu torpaqlarda olmamısınızsa, deməli bu dünyada yaşamamısınız”- deyə səyyah qeyd edir. Bu gün dünya turizm mərkəzinə çevrilən Türkiyənin ən seviləm ərazilərindən biri sözsüz ki, Antalyadır. Antalyada müasir çimərliklər və otellər yanaşı kəşf edilməyən bir tarix də var.
Bugünkü yazımızda məhz dünyanın cənnəti adlandırılan Antalyanın ən qədim və gözəl insan yaşayış məskənləri ilə sizi tanış edəcəyik.
Olympos Antik Şəhəri, Antalya
Nə zaman inşa edildiyi bilinməsə də, eramızdan əvvəl 167-168-ci illərdə zərb edilən Likya İttifaqı sikkələrində adı keçən Olympos, Likya Birliyində üç səs hüququ olan altı şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülmüşdür.
Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı kanalla bağlanmış, onun hər iki tərəfi dayaq kimi istifadə edilmiş və körpü ilə bir-birinə bağlanmışdır. Bu gün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım akropolda son dövrlərə aid tikili xarabalıqları vardır.
Çayın cənub sahilində Ellinistik təməlli və Roma təmirli kiçik teatr çox bərbad vəziyyətdə olsa da, girişin bir tərəfi yaxşı qorunub saxlanılmışdır.
Patara Antik Şəhər, Antalya
Patara Antik yaşayış məskəni indiki Ovagelamış kəndində, Fethiye ilə Kalkan arasında Xanthos vadisinin cənub-qərb ucunda yerləşir. Likiyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır.
Tağın qərbindəki təpənin yamaclarında Likiya tipli sarkofaqların olduğu qəbiristanlıq sahəsi yerləşir. Yazılardan aydın olur ki, şəhərin ən cənub ucunda yerləşən teatr eramızın 147-ci ildə zəlzələdən sonra yenidən tikilib. Şəhərin digər xarabalıqlarına Vespasian hamamları, Korinf məbədi, əsas küçə, liman və taxıl anbarı daxildir.
Perge antik şəhəri, Antalya
Perge antik şəhəri tarixdə “Parha” adı ilə tanınıb. Tarixi bilgilərə görə Xetlər dövründə mövcud olduğu güman edilən şəhər, Roma Dövründə Anadolunun ən nizamlı şəhərlərindən biri olub. Memarlığı və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhərdə aparılan qazıntılar zamanı ortaya çıxan heykəllər Antalya Muzeyini ən əhəmiyyətli heykəltəraşlıq muzeylərindən birinə çevirib.
Pergenin şəhər planının əsasını biri şərq-qərb, digəri isə şimal-cənub istiqamətində uzanan iki əsas küçə təşkil edir. 15 min tamaşaçı tutumuna malik olan teatr çox yaxşı qorunub saxlanılıb. Oturma yerləri ilə üzbəüz, nəfis şəkildə bəzədilmiş iki mərtəbəli səhnə binası eramızın II əsrində tikilmişdir. Şəhərin qədim dövrlərdəki əzəmətini əks etdirən digər tikililər arasında düzbucaqlı planlı aqora, hündür qüllələr, monumental fəvvarələr, hamamlar və sütunlu küçələr var.
Phaselis Antik Şəhəri, Antalya
Eramızdan əvvəl 7-ci əsrdə Rodoslu kolonistlər tərəfindən inşa edildiyi qeyd edilən Phaselis Antik Şəhəri bu gün Antalya Kemer yaxınlığında yerləşir. Bəzən Likya, bəzən də Pamfiliya bölgəsinin şəhəri kimi göstərilən və üç limanı olan şəhər əslində hər iki bölgənin sərhədləri arasında yerləşirdi.
Bu günə qədər gəlib çatan xarabalıqlar daha çox Roma və Bizans dövrlərinə aiddir. Bunlar şəhərin əsas oxunu təşkil edən və Şimal-Cənub limanlarını birləşdirən əsas küçənin hər iki tərəfində düzülüb. Küçə aqora ilə teatr arasında genişlənir və kiçik bir meydan əmələ gətirir.
Meydanın cənub-şərq küncündəki pilləkənlər teatra və Akropola çıxışı təmin edir. Şəhər teatrı tipik kiçik ölçülü Helenistik dövr teatrıdır. Şimal limanının arxasındakı yamac şəhərin qəbiristanlıq ərazisidir. Bu günə qədər gəlib çatmış ən monumental tikili su kəmərləridir. Şəhərin digər iki mühüm xarabalığı şəhər meydanındakı biri kiçik, digəri böyük iki hamamın xarabalıqlarıdır.
Belə bir atalar məsəli var: “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”. Siz də yolunuzu Türkiyəyə salsanız bu qədim yaşayış məskənlərini ziyarət etməklə özünüzü tarixin ağuşunda hiss edəcəksiniz.
Avropa.info

Əvvəlki Yazı

Lavrovla Mirzoyanin görüşü başlayıb

Növbəti Yazı

Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? – AÇIQLAMA

XƏBƏR LENTİ

Vətəndaşın hüququ Bakı yolunda itir… – Deputat Razı Nurullayev

Vətəndaşın hüququ Bakı yolunda itir… – Deputat Razı Nurullayev

04 Mart 2026 / 10:33
16
İranın yeni ali lideri seçildi

İranın yeni ali lideri seçildi

04 Mart 2026 / 8:10
4
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib – FOTO

Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib – FOTO

04 Mart 2026 / 7:42
35
Səhiyyədə “üçbaşlı” idarəetməyə son qoyulsun… – Deputat Razı Nurullayev

Səhiyyədə “üçbaşlı” idarəetməyə son qoyulsun… – Deputat Razı Nurullayev

03 Mart 2026 / 10:01
21
Xameneini biz öldürməmişik-Marko Rubio

Xameneini biz öldürməmişik-Marko Rubio

02 Mart 2026 / 21:28
40
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
20
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
23
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
29
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
23
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
5
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
7
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
25
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
19
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
16
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
24
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
24
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
16
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
27
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
36
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
121
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
43
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
7
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
30
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
6
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
8
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
13
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
24
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
10
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
5
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.