18 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

Yanvar 19, 2025
Manşet
A A

“35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Müasir tariximizin dərin kədər, eyni zamanda, böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin minnətdarlıqla yad edirik”.

Avropa .info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı yaydığı Bəyanatında deyilir.

Bildirilib ki, ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

“Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və ümummilli liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam xalqımızın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu. Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi. Müstəqillik tariximizə dərin iz salan 20 Yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik! Yaşasın Azərbaycan!”, – deyə Bəyanatda vurğulanıb.

Əvvəlki Yazı

20 Yanvar faciəsinə həsr olunmuş “Əbədiyaşarlar” adlı sərgi keçirilib – FOTO

Növbəti Yazı

“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır”-Robert Fiko

XƏBƏR LENTİ

İspaniya Aİ ölkələrini İsrailə silah embarqosu qoymağa çağırır

İspaniya Aİ ölkələrini İsrailə silah embarqosu qoymağa çağırır

18 İyun 2025 / 0:06
0
Prezident Ərdoğan Qətər Əmiri Əl Tani ilə görüşüb

Prezident Ərdoğan Qətər Əmiri Əl Tani ilə görüşüb

17 İyun 2025 / 21:29
24
İranın eks prezidenti qətlə yetirilib

İranın eks prezidenti qətlə yetirilib

17 İyun 2025 / 21:19
65
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

17 İyun 2025 / 19:18
35
Aİ Ukraynanı rouminq zonasına daxil etməyə hazırlaşır

Aİ Ukraynanı rouminq zonasına daxil etməyə hazırlaşır

17 İyun 2025 / 19:14
48
Tramp ABŞ kəşfiyyatını inkar edir: “İran nüvə silahına çox yaxındır”

Tramp ABŞ kəşfiyyatını inkar edir: “İran nüvə silahına çox yaxındır”

17 İyun 2025 / 19:10
30
Respublika Gənclər Kitabxanasında Konstitusiya və Suverenlik İli çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında Konstitusiya və Suverenlik İli çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib

17 İyun 2025 / 18:56
66
İsrail İranın qərbində silsilə hücumlar həyata keçirdiyini bildirir

İsrail İranın qərbində silsilə hücumlar həyata keçirdiyini bildirir

17 İyun 2025 / 18:37
17
23 il öncə törədilən cinayətin üstü açılıb

23 il öncə törədilən cinayətin üstü açılıb

17 İyun 2025 / 18:04
38
MOSSAD-ın zabit və komandirləri öldürüldü – İran

MOSSAD-ın zabit və komandirləri öldürüldü – İran

17 İyun 2025 / 17:51
38
ABŞ rəsmiləri gəmilərin İran raketlərinə qarşı müdafiə üçün istifadə edildiyini bildirir

ABŞ rəsmiləri gəmilərin İran raketlərinə qarşı müdafiə üçün istifadə edildiyini bildirir

17 İyun 2025 / 17:26
29
İsrail-İran müharibəsinin üçüncü gecəsi

İsrailin müdafiə naziri: Tehrandakı strateji hədəflərə ‘əhəmiyyətli hücumlar’ həyata keçiriləcək

17 İyun 2025 / 17:13
20
Peskov: “Vəziyyət sürətlə gərginləşir. Gözlənilməzlik zirvəsindədir”

Peskov: “Vəziyyət sürətlə gərginləşir. Gözlənilməzlik zirvəsindədir”

17 İyun 2025 / 16:07
22
Avropa ölkələri vətəndaşlarini İsraildən təxliyə etmək üçün hərəkətə keçdilər

Avropa ölkələri vətəndaşlarini İsraildən təxliyə etmək üçün hərəkətə keçdilər

17 İyun 2025 / 15:53
19
Prezident İlham Əliyev Məmmədbağır Əliyevi təltif etdi

Prezident İlham Əliyev fərman imzaladi

17 İyun 2025 / 15:45
15
Norveç İsrailin İrana hücumlarının beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Norveç İsrailin İrana hücumlarının beynəlxalq hüquqa zidd olduğunu bildirib.

17 İyun 2025 / 15:37
5
İran yaxın saatlarda İsrailə hücumların güclənəcəyini bildirir

İran yaxın saatlarda İsrailə hücumların güclənəcəyini bildirir

17 İyun 2025 / 12:21
7
4 qadın sərxoş olub “Prius”u dərəyə aşırdılar

4 qadın sərxoş olub “Prius”u dərəyə aşırdılar

17 İyun 2025 / 12:13
39
Kosovo prezidenti Osmani: Türkiyənin sarsılmaz dəstəyinə görə minnətdarıq

Kosovo prezidenti Osmani: Türkiyənin sarsılmaz dəstəyinə görə minnətdarıq

17 İyun 2025 / 10:42
21
4 gün əvvəl qərargah rəisi təyin edilən general da öldürdü

4 gün əvvəl qərargah rəisi təyin edilən general da öldürdü

17 İyun 2025 / 10:31
11
İsrail-İran qarşıdurmasının beşinci günü

İsrail-İran qarşıdurmasının beşinci günü

17 İyun 2025 / 10:20
12
Bu ölkə vətəndaşları da İrandan Azərbaycana təxliyə edildi

Bu ölkə vətəndaşları da İrandan Azərbaycana təxliyə edildi

17 İyun 2025 / 10:11
16
Rusiya Kiyevə raket zərbələri endirdi – 14 ölü – Video

Rusiya Kiyevə raket zərbələri endirdi – 14 ölü – Video

17 İyun 2025 / 10:02
5
İsrail nə qədər çox hücum edirsə, Qərb onu bir o qədər “qurban” kimi göstərir

İsrail nə qədər çox hücum edirsə, Qərb onu bir o qədər “qurban” kimi göstərir

17 İyun 2025 / 9:57
5
ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

17 İyun 2025 / 9:42
4
Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

Tramp“Hər kəs dərhal Tehrandan evakuasiya olunmalıdır!”

17 İyun 2025 / 9:38
6
Türkiyədə 75 ilde narkotik əməliyyatı: 2311 narkotik satıcısı tutuldu

Türkiyədə 75 ilde narkotik əməliyyatı: 2311 narkotik satıcısı tutuldu

17 İyun 2025 / 9:27
26
Tarixi gizlinləri özündə yaşadan Alanya – FOTO

Tarixi gizlinləri özündə yaşadan Alanya – FOTO

16 İyun 2025 / 21:14
22
“İsrailin məqsədi rejim dəyişikliyi deyil” – Qalperin

“İsrailin məqsədi rejim dəyişikliyi deyil” – Qalperin

16 İyun 2025 / 20:11
8
İsrail ordusu İran dövlət televiziyasına zərbələr endirib

İsrail ordusu İran dövlət televiziyasına zərbələr endirib

16 İyun 2025 / 19:59
39
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.