13 - 09 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Bakı hərbi məhkəməsində onların məhkəməsi başlayır

Yanvar 17, 2025
Manşet
A A

Bu gün Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır.

Avropa.info xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxslər vəkillə təmin edilib.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Bu gün, həmçinin, Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə başlayır.

Bu cinayət işinə də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə məlumatında bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (qanunsuz qruplaşma), 214-1 (qanunsuz qruplaşmaları maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işləri üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib

Əvvəlki Yazı

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi: 2 ölu, 3 yarali-Foto

Növbəti Yazı

“Qadınların hərbi xidmətə cəlb olunması prosesləri çox ləng gedir, bəzən heç getmir”-Paşinyan

XƏBƏR LENTİ

Gəncliyin qorunması: Güclü ailə, sağlam cəmiyyət və milli dəyərlər

Gəncliyin qorunması: Güclü ailə, sağlam cəmiyyət və milli dəyərlər

12 Sentyabr 2025 / 16:05
10
Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

QHT sədri: “Biz əminik ki, Prezidentimiz xalqla dövlətin arasında körpünü daha da gücləndirəcək”

10 Sentyabr 2025 / 14:54
10
İsraildən Türkiyəyə ədəbsiz TƏHDİD: Rəsmi Ankara sərt reaksiya verdi

İsraildən Türkiyəyə ədəbsiz TƏHDİD: Rəsmi Ankara sərt reaksiya verdi

09 Sentyabr 2025 / 22:27
18
Sentyabr günəşinin isti nəfəsi Türkiyənin möhtəşəm sahillərində

Sentyabr günəşinin isti nəfəsi Türkiyənin möhtəşəm sahillərində

09 Sentyabr 2025 / 22:14
5
DÇ-2026: Azərbaycan – Ukrayna qarşılaşması bu hesabla bitdi

DÇ-2026: Azərbaycan – Ukrayna qarşılaşması bu hesabla bitdi

09 Sentyabr 2025 / 22:10
3
Rusiyada təzyiqlər davam edir: Azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ

Rusiyada təzyiqlər davam edir: Azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ

09 Sentyabr 2025 / 22:07
4
Sənət və tarixin qovuşduğu layihə: Qobustanda “Vətənpərvərlik etüdləri” sərgisi – FOTOLAR

Sənət və tarixin qovuşduğu layihə: Qobustanda “Vətənpərvərlik etüdləri” sərgisi – FOTOLAR

09 Sentyabr 2025 / 22:05
7
Hava bu tarixdə kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq – xəbərdarlıq

Hava bu tarixdə kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq – xəbərdarlıq

09 Sentyabr 2025 / 21:56
5
Metroda gediş haqqı artacaq? – RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı artacaq? – RƏSMİ AÇIQLAMA

09 Sentyabr 2025 / 12:47
2
Maaş kartları ilə bağlı YENİLİK

Maaş kartları ilə bağlı YENİLİK

09 Sentyabr 2025 / 12:19
6
Dövlət işləməyən şəxslərə pensiya verəcək – Yeni QAYDALAR

Pensiyalar sabah ÖDƏNİLƏCƏK

09 Sentyabr 2025 / 11:27
1
Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

Deputatlar toplaşdı – Milli Məclisdə xüsusi iclas keçirilir

09 Sentyabr 2025 / 11:00
1
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?

Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?

09 Sentyabr 2025 / 10:45
3
Prezident İlham Əliyev pilotların şücaətindən DANIŞDI

Azərbaycan Prezidenti: Beyin mərkəzlərinin araşdırmaları qlobal çağırışların həlli üçün mühüm zəmin yaradır

09 Sentyabr 2025 / 10:12
1
Ukraynanın sabiq XİN rəhbəri ölkədən qaçdı

Ukraynanın sabiq XİN rəhbəri ölkədən qaçdı

09 Sentyabr 2025 / 9:54
3
Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

09 Sentyabr 2025 / 9:12
2
Deputatlar spikerə müraciət etdi – Milli Məclis təcili TOPLAŞIR

Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir – Gözlər Milli Məclisdə!

09 Sentyabr 2025 / 9:10
9
Gərginlik artır: Bu ölkədən ABŞ-yə SƏRT REAKSİYA – FOTO

Gərginlik artır: Bu ölkədən ABŞ-yə SƏRT REAKSİYA – FOTO

09 Sentyabr 2025 / 9:06
3
Çanaqqala savaşını günbəgün yazdı – Türk əsgərinin xatirələri 110 ildən sonra ortaya çıxdı

Çanaqqala savaşını günbəgün yazdı – Türk əsgərinin xatirələri 110 ildən sonra ortaya çıxdı

09 Sentyabr 2025 / 8:58
6
Bakı-Abşeron mətbəxində simvolik dəfn – Unudulmuş bu yemək özündə nələri gizlədir?

Bakı-Abşeron mətbəxində simvolik dəfn – Unudulmuş bu yemək özündə nələri gizlədir?

09 Sentyabr 2025 / 8:22
5
Bu ölkədə GƏRGİNLİK: 600 nəfərlik qrupun girov götürdüyü 45 əsgər azad edildi

Bu ölkədə GƏRGİNLİK: 600 nəfərlik qrupun girov götürdüyü 45 əsgər azad edildi

09 Sentyabr 2025 / 8:11
6
Kreml sülhə qarşı: Moskva Ermənistan radikallarını dəstəkləyir

Kreml sülhə qarşı: Moskva Ermənistan radikallarını dəstəkləyir

09 Sentyabr 2025 / 8:01
9
Suriya Prezidenti Əş-Şara diplomu həyat yoldaşına özü təqdim etdi

Suriya Prezidenti Əş-Şara diplomu həyat yoldaşına özü təqdim etdi

09 Sentyabr 2025 / 7:47
2
Qalatasaraylı oyunçu dünyanın ən güclü ikinci futbolçusu seçildi

Qalatasaraylı oyunçu dünyanın ən güclü ikinci futbolçusu seçildi

09 Sentyabr 2025 / 7:45
3
İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatdı

İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatdı

09 Sentyabr 2025 / 7:42
1
Tiflisdə qarşıdurma: İqtidarla müxalifət tərəfdarları əlbəyaxa davaya çıxdı

Tiflisdə qarşıdurma: İqtidarla müxalifət tərəfdarları əlbəyaxa davaya çıxdı

08 Sentyabr 2025 / 23:43
1
Aramızdakı “gizli düşmən” – Orqanizmi məhv edir: Hər evdə var…

Aramızdakı “gizli düşmən” – Orqanizmi məhv edir: Hər evdə var…

08 Sentyabr 2025 / 22:13
4
Türkiyədə polis bölməsinə silahlı hücum: Ölənlər var – İran vətəndaşı saxlanıldı – YENİLƏNİB

Türkiyədə polis bölməsinə silahlı hücum: Ölənlər var – İran vətəndaşı saxlanıldı – YENİLƏNİB

08 Sentyabr 2025 / 20:19
5
“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı – FOTOLAR

“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı – FOTOLAR

08 Sentyabr 2025 / 18:03
5
Krediti gecikdirənlər həbs olunacaq? – Hüquqşünas AÇIQLADI

Bu şəxslər 1000 manat cərimə olunacaq

08 Sentyabr 2025 / 17:32
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.