Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Avropa . info APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub.
Nəticədə 2 nəfər hadisə yerində ölüb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Foto: Müsavat.Com
