Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək vəfat edib.
Avropa .info xəbər verir ki, 1978-ci il təvəllüdlü Cəfərov Şirin Məhərrəm oğlu “Nissan” markalı avtomobildə dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Azərbaycan Dəmir Yolları (QSC) yük daşımaları departamentinin stansiyaların idarəedilməsi xidmətinin Qərb sahəsinin rəis müavini vəzifəsində çalışırmış.
