Yanvarın 12-də Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu “Qış Möcüzələri” adlı master-klass təşkil olunub.
Avropa.info xəbər verir ki, master-klasda Azərbaycan Rəssamlar İttifaqının üzvləri, istedadlı rəssamlar Elminaz Qəhrəmanova və Rahim İbrahimovun direktorları olduğu “Rəssam Ol” kursunun 35 nəfərlik tələbə və müəllim kollektivi iştirak edib.
Masterklası giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova artıq adət halını almış yeniyetmələr və gənclərin rəssamlıq qabiliyyətinin inkişafı üçün nəzərdə tutulmuş master-klasların 2025-ci ilin ilk iştirakçıları olaraq uğurlar arzulayıb.
Master-klasda münsif heyəti olararaq ADRA-nın müəllimləri Zinaida Mirzəzadə və Könül Gəncmalıyeva iştirak ediblər.
Sonra iştirakçılara diplom və hədiyyələr təqdim olunub.
Aygün Oqtay,
Fotolar Ayazındır