02 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Azərbaycanlıların qayıdışı məsələsi qapalı görüşdə razılaşdırılıb”-Video

Yanvar 10, 2025
Siyasət
A A

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Azərbaycanlıların qayıdışı məsələsi qapalı görüşdə razılaşdırılıb” adlı süjetdə 2025-ci ildə “Azərbaycan-Ermənistan danışıqlarında sülh sazişini imzalamaq mümkün olacaqmı” sualına aydınlıq gətirilib.

Bildirilib ki, bu sual yeni ilin əsas müzakirə mövzularından biridir: “Tərəflər arasındakı ziddiyyətli məqamlara nəzər yetirdikdə, yekun sülh sazişinin imzalanmasının asan olmayacağı fikri güclənir. Lakin tərəflər ilkin razılaşma kimi sülh sazişinə dair çərçivə sazişi, yaxud niyyət protokolu imzalaya, bununla sülh danışıqlarına sadiq olduqlarını nümayiş etdirə bilərlər”.

Süjetdə, 17 maddəlik sülh sazişinin razılaşdırılmayan iki bəndindən – beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina edilməsi və üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasından, eləcə də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişdirilməsi, de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsindən də bəhs olunub.

Qeyd olunub ki, bu məsələlər müzakirə masasındadır, çünki Prezident İlham Əliyev tərəfindən azərbaycanlıların qayıdışı məsələsi tələb olaraq dəfələrlə irəli sürülüb və rəsmi Bakının əsas istəyi İrəvanın Qərbi Azərbaycan İcması ilə dialoqa başlamasıdır.

Diqqətə çatdırılıb ki, Ermənistan mediasında razılaşdırılmış maddələrlə bağlı müxtəlif fikirlər irəli sürülur. “Hraparak” nəşri yazır ki, sülh sazişi mətnində razılaşdırılmış maddələrə demokratiya, insan haqlarının qorunması, ətraf mühitin mühafizə edilməsi kimi məsələlər daxildir. Maddələrdən biri də 300 min azərbaycanlının öz tarixi yurdlarına – Qərbi Azərbaycana (Ermənistana) qayıdışına zəmin yaradır. Paşinyan Əliyev ilə bu məsələni bir neçə dəfə müzakirə edib.

Keçmiş səfir Cyunik Ağacanyan isə iddia edir ki, azərbaycanlıların qayıdışı məsələsi hələ 2022-ci ildə Praqa görüşündən sonra razılaşdırılıb.

Sonda vurğulanıb ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terrorçularının qarşısında çıxışı zamanı dediyi “azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı” fikri soydaşlarımızın öz tarixi yurdlarında etnik təmizləməyə və deportasiyaya məruz qalmasının etirafı deməkdir. Təbii ki, rəsmi Bakı bu etirafdan həm danışıqlarda, həm də beynəlxalq müstəvidə istifadə edəcək. Çünki tarixi torpaqlara qayıdış günümüzün reallığıdır və böyük qayıdış mütləq baş verəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Əvvəlki Yazı

Los-Ancelesdə Türkiyənin qabaqcıl iş adamları və sənət adamlarının evləri də alovların ortasında qalıb

Növbəti Yazı

Ağstafada qəti hadisəsi baş verib -Zülfiyyə Musayeva saxlanildi

XƏBƏR LENTİ

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
10
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
9
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
4
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
4
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
6
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
5
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
4
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
4
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
5
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
1
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
4
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
144
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
42
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
35
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
38
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

08 Yanvar 2026 / 17:22
34
Qalib xalq və müasir azərbaycanlı kimliyi

Qalib xalq və müasir azərbaycanlı kimliyi

06 Yanvar 2026 / 16:08
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.