Türkiyənin “TRT World” telekanalı Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkoya Rusiya Prezidenti Vladimir Putinin təhqir edildiyi köynəklə efirə qatılmasına icazə verməyib.
Avropa . info xəbər verir ki, ukraynalı siyasətçi bu barədə teleqram kanalında yazıb.
“Məndən formamı dəyişməyi istədilər, imtina elədim. Cavabım sadə oldu: ya efirə olduğum kimi çıxıram, ya da çıxmıram. Nəticədə bağlantı ləğv edildi”, – Qonçarenko bildirib