Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından biri olan Azər Baxşəliyev vəfat edib.
Avropa .info xəbər verir ki, aktyor komadan ayilmayib. Bu kədərli xəbər barədə dostları sosial şəbəkə hesabında paylaşim ediblər.
Məlumata görə, aktyor uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi və böyrək köçürmə əməliyyatı üçün donor axtarışında idi. Təəssüf ki, onun bu həyati mübarizəsi sona çatdı.
Azər Baxşəliyev tamaşaçılar arasında daha çox “Ağsaqqal” obrazı ilə tanınıb və sevilib. Onun sənəti, yaratdığı obrazlar və səhnədəki parlaq ifaları həmişə yaddaşlarda qalacaq.
Allah rəhmət eləsin