Cənubi Koreyada 150 hərbçi keçmiş prezident Yun Sok Yolu həbs edə bilməyib.
Avropa.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, keçmiş prezidentin mühafizəçiləri və tərəfdarları buna mane olublar.
“Təhlükəsizlik səbəbindən orderin icrasını dayandırmaq qərarına gəldik”, – Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsinin əməkdaşı bildirilib.