Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2025-ci il yanvar ayının 8-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan
şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Avropa.info xəbər verir ki, bu barədə Daxili işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb
“Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.01.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur”, – məlumatda qeyd olunub