Oğuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Avropa.info-nun məlumatına görə, hadisə rayonun Kərimli kəndində baş verib.
Oğuz rayon sakini Tural Ayaz oğlu Abdullayev idarə etdiyi minik avtomobili ilə Şəki rayonu Qayabaş kənd sakini Qalıb Bəhman oğlu Hüseynovu vurub.
Hadisə zamanı ağır xəsarət alan Q.Hüseynov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.