Avropa .infoAFP-yə istinadla xəbər verir ki, o, prezident Rəcəb Tayyib Ərdoğan və Baxçalının başlatdığı “prosesə töhfə verməyə hazır” olduğunu bəyan edib.
Bəyanat Demokratiya və Bərabərlik Uğrunda Hərəkat Partiyası (DEM) üzvlərini həbsxanaya səfərindən sonra verilib.
Öcalanın sözlərinə görə, “türk-kürd qardaşlığını yenidən gücləndirmək təkcə tarixi məsuliyyət deyil, həm də bütün xalqlar üçün təcili vəzifədir”.
PKK-nın qurucusu 25 ilə yaxındır ki, kənar təmaslardan təcrid olunub. O, 1999-cu ildə Keniyada keçirilən böyük əməliyyat zamanı həbs olunub və əvvəlcə edam cəzasına məhkum edilib. Lakin Türkiyə 2004-cü ildə ölüm hökmünü ləğv etdikdən sonra onun cəzası ömürlük həbslə əvəzlənib