Xəbər verdiyimiz kimi, bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi baş tutub.
Avropa.info Axar.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri və vəzifəli şəxslər İkinci Fəxri Xiyabanda dəfn mərasimində iştirak edirlər.
Həmin görüntüləri təqdim edirik: