20 - 05 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev sərəncam imzaladı: 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi

Dekabr 28, 2024
Manşet
A A
Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Avropa.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin

Əvvəlki Yazı

Ölkəyə külli miqdarda narkotik vasitə keçirən şəxslər saxlanildi

Növbəti Yazı

TƏCİLİ: Putin İlham Əliyevdən ÜZR İSTƏDİ

XƏBƏR LENTİ

Venesuela Kolumbiyaya uçuşları müvəqqəti olaraq dayandırıb

Venesuela Kolumbiyaya uçuşları müvəqqəti olaraq dayandırıb

20 May 2025 / 10:16
42
Avropa Trampın siyasətinə görə ABŞ-ı tərk edəcək alimləri alqışlayır

ABŞ Qəzza ilə bağlı İsrailə xəbərdarlıq etdi

20 May 2025 / 10:12
52
Yaşayış binasında yanğın baş verib: iki nəfər zəhərlənib

Yaşayış binasında yanğın baş verib: iki nəfər zəhərlənib

20 May 2025 / 10:04
69
Bakıda GlobE Network” çərçivəsində altıncı plenar iclasın açılış mərasimi keçirilir

Bakıda GlobE Network” çərçivəsində altıncı plenar iclasın açılış mərasimi keçirilir

20 May 2025 / 9:58
14
Bakıda marşrut avtobusunda əli bıçaqlı qadın insanları qorxuya salib-video

Bakıda marşrut avtobusunda əli bıçaqlı qadın insanları qorxuya salib-video

20 May 2025 / 9:51
19
Daha bir köç karvanı Ağdama yola düşdü

Daha bir köç karvanı Ağdama yola düşdü

20 May 2025 / 9:11
77
Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb -Fotolar

Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb -Fotolar

19 May 2025 / 22:07
117
Putin İstanbulda sülh danışıqlarını müzakirə edib

Putin İstanbulda sülh danışıqlarını müzakirə edib

19 May 2025 / 22:00
60
Qəzza hökuməti: İsrail təxminən 80 gündür Qəzza zolağına humanitar yardım aparmağa icazə vermir

Qəzza hökuməti: İsrail təxminən 80 gündür Qəzza zolağına humanitar yardım aparmağa icazə vermir

19 May 2025 / 21:54
15
Misir HHQ-nin təlim təyyarəsinin ekipajı qəza nəticəsində ölüb

Misir HHQ-nin təlim təyyarəsinin ekipajı qəza nəticəsində ölüb

19 May 2025 / 21:41
116
Rusiya Prezidenti ilə ABŞ Prezidenti arasında telefon danışığı olub

Rusiya Prezidenti ilə ABŞ Prezidenti arasında telefon danışığı olub

19 May 2025 / 21:21
83
İsrail Qəzza zolağında Hamed xəstəxanasını vurdu

İsrail Qəzza zolağında Hamed xəstəxanasını vurdu

19 May 2025 / 20:55
80
Sançes İsraili Eurovision kimi beynəlxalq yarışmalara qadağa qoymağa çağırır

Sançes İsraili Eurovision kimi beynəlxalq yarışmalara qadağa qoymağa çağırır

19 May 2025 / 20:49
66
BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib

19 May 2025 / 20:44
113
Fransada taksi sürücüləri etiraz aksiyası keçirib

Fransada taksi sürücüləri etiraz aksiyası keçirib

19 May 2025 / 20:36
70
Respublika Gənclər Kitabxanasında “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

19 May 2025 / 20:24
82
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19 May 2025 / 19:02
44
“Səma qəhrəmanları” adlı yeni layihə ictimaiyyətə təqdim olundu – VİDEO

“Səma qəhrəmanları” adlı yeni layihə ictimaiyyətə təqdim olundu – VİDEO

19 May 2025 / 18:57
61
Bako Saakyan hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.

Bako Saakyan hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.

19 May 2025 / 15:59
29
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: Mən kəşfiyyatçı kimi Birinci Qarabağ müharibəsində döyüşmüşəm, sonra ermənilərə əsir düşmüşəm

Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: Mən kəşfiyyatçı kimi Birinci Qarabağ müharibəsində döyüşmüşəm, sonra ermənilərə əsir düşmüşəm

19 May 2025 / 15:48
52
Türkiyə-ABŞ Suriya İş Qrupu toplantısı ABŞ-da keçiriləcək

Türkiyə-ABŞ Suriya İş Qrupu toplantısı ABŞ-da keçiriləcək

19 May 2025 / 13:16
35
Terror təşkilatları ilə iş birliyidə olan Azərbaycan vətəndaşlari həbs edildi- DTX-dən xüsusi əməliyyat – Video

Terror təşkilatları ilə iş birliyidə olan Azərbaycan vətəndaşlari həbs edildi- DTX-dən xüsusi əməliyyat – Video

19 May 2025 / 13:10
60
Putin bugünkü söhbət zamanı çətin ki, Trampa ciddi güzəştə getsin

Putin bugünkü söhbət zamanı çətin ki, Trampa ciddi güzəştə getsin

19 May 2025 / 11:12
22
Bakıda “Prius” qəza törətdi: ölən var

Bakıda “Prius” qəza törətdi: ölən var

19 May 2025 / 9:52
21
Kapadokyada 19 May həyəcanı səmada-Fotolar

Kapadokyada 19 May həyəcanı səmada-Fotolar

19 May 2025 / 9:31
13
Prezident Ərdoğan Rusiya-Ukrayna liderlərini hazır olduqları zaman Türkiyədə qəbul etməkdən şad olacaqlarını bildirib

Prezident Ərdoğanın 19 May mesajı

19 May 2025 / 9:17
35
Başqasına məxsus evi satıb yoxa  çıxdılar

Başqasına məxsus evi satıb yoxa çıxdılar

19 May 2025 / 9:07
14
Rəsul Abbasov Fransalı rəqibinə qalib gəldi-Video

Rəsul Abbasov Fransalı rəqibinə qalib gəldi-Video

19 May 2025 / 8:54
68
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib

Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib

19 May 2025 / 8:18
139
Qəzzaya yardım apararkən hücuma məruz qalan gəmidə olan daha 5 Türkiyə vətəndaşı ölkəyə qayıdıb

Qəzzaya yardım apararkən hücuma məruz qalan gəmidə olan daha 5 Türkiyə vətəndaşı ölkəyə qayıdıb

19 May 2025 / 8:01
67
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.