Ötəngünkü təyyarə qəzasında həlak olan daha 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Avropa.info xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, bununla da şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 10-a çatıb.
Onların arasında 3 Rusiya, 3 Qazaxıstan və 4 Azərbaycan vətəndaşı var.
Xatırladaq ki, daha öncə Qazaxıstan FHN 7 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlamışdı.