Mahmud Vladiqafqazda anadan olub, yaş yarıma qədər orada yaşayıb, sonra Azərbaycana köçmüşük. İstirahət məqsədilə əmilərinin yanına gedirdi.
Avropa.infoxəbər verir ki,bunu Teleqraf.com-a Qazaxıstanın Aktua şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarədə həlak olmuş Mahmud Tutunçuyevin atası Muhuma Tutunçuyev deyib.
“Məktəbi Sumqayıt şəhərində oxuyub. Bakı Avrasiya Universitetinin 3-cü kursunda təhsil alır, evin tək uşağıdır”, – deyə o əlavə edib.
Muhuma Tumuçuyev üç qardaşının Vladiqafqazda yaşadığını və Yeni illə əlaqədar Mahmudun əmilərinin yanına getdiyini bildirib: “Arzusu doğulduğu şəhəri görmək olub. Təyyarəyə minəndə telefonla danışdıq. Aeroportdan dostu yola salmışdı. Daha sonra heç bir xəbər ala bilmədik. Acı xəbəri sosial şəbəkələrdən öyrəndim