Avropa.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Azərbaycanda milli matəm günü ilə həmrəy olaraq Türkiyənin və Fransanın Bakıdakı səfirliklərində, o cümlədən, Azərbaycandakı Türkiyə Şəhidliyində bayraqlar yarıya qədər endirilib.
***
BMT-nin Azərbaycandakı Nümayəndəliyində bayraqlar endirilib.
Bu barədə Nümayəndəliyin “X” hesabındakı paylaşımında bildirilib.
***
Britaniyanın Azərbaycandakı Səfirliyində bayraqlar yarıya qədər endirilib.
Bununla bağlı səfirliyin “X” hesabında paylaşım edilib.




