Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin “qara qutusu” tapılıb.
Avropa.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Prokurorlunun nümayəndəsi məlumat verib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb
 
			 
                                
 
                                 
                                




























