21 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Spiker Sahibə Qafarova Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Dekabr 23, 2024
Siyasət
A A

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Avropa.info xəbər verir ki, Sahibə Qafarova qonaqları salamlayaraq, ötən ilin mart ayında Zaur Askenderovla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Xalqlarımız arasındakı tarixi əlaqələrdən, ortaq dəyərlərdən danışan spiker Sahibə Qafarova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya münasibətlərinin bu gün də Prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib.

O, qarşlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdıraraq, Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan sıx əlaqələr barədə məlumat verib.

Spiker Sahibə Qafarova indiyədək Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən 300-dək sənədin imzalandığını bildirərək, onların arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Bildirilib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır və ölkəmizdə bir sıra təhsil ocaqlarında rus dili geniş tədris olunur.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyi ərazilərdə aparılan tikinti-quruculuq işləri, orada həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd layihələri”, mötəbər beynəlxalq tədbir olan COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində Azərbaycana qarşı edilən təzyiqlər, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi və bu prosesə yaradılan maneələr haqqında ətraflı məlumat verib.

Görüş üçün təşəkkürünü bildirən Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov Dağıstan və Azərbaycan xalqlarının tarixi əlaqələri, paylaşdıqları ortaq dəyərlərdən danışıb. O, spiker Sahibə Qafarovanı yenidən bu vəzifəyə seçilməsi və parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib. Bildirilib ki, ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilmiş bu parlament seçkiləri tarixi önəm daşıyır.

Qonaq Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da güclənməsi, xalq diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı mühüm rol qeyd edilib, Milli Məclisin həm Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə, həm də Dağıstan Xalq Məclisi ilə əlaqələrinin əhəmiyyətindən danışılıb, qarşılıqlı səfərlərin intensivliyinin vacibliyi qeyd edilib.

Zaur Askenderov Dağıstanda böyük Azərbaycan diasporasının olduğunu və azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Prezident Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Növbəti Yazı

Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

XƏBƏR LENTİ

Ərdoğan: Netanyahu regional sülhə ən böyük maneədir

Ərdoğan: Netanyahu regional sülhə ən böyük maneədir

21 İyun 2025 / 15:47
26
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

21 İyun 2025 / 14:22
34
Ərdoğanla Paşinyanın görüşü başladı

Paşinyanın səfərinin detalları: Ərdoğandan 3 istəyi var…

21 İyun 2025 / 8:59
18
Araqçi: ABŞ regionda müharibəyə qoşularsa, İran Amerika hərbçilərinə cavab zərbələri endirəcək

Araqçi: ABŞ regionda müharibəyə qoşularsa, İran Amerika hərbçilərinə cavab zərbələri endirəcək

21 İyun 2025 / 8:45
30
Rusiya ABŞ-a İrana hücum etməməyi tövsiyə edib

Rusiya ABŞ-a İrana hücum etməməyi tövsiyə edib

21 İyun 2025 / 8:31
63
Braziliyada güclü yağışlar 3 nəfərin həyatına son qoyub

Braziliyada güclü yağışlar 3 nəfərin həyatına son qoyub

21 İyun 2025 / 8:02
39
İsrail İranın Qum şəhərində mülki binaya hücum edib, 1 nəfər ölüb

İsrail İranın Qum şəhərində mülki binaya hücum edib, 1 nəfər ölüb

21 İyun 2025 / 7:32
61
İranda 5,5 bal gücündə zəlzələ baş verib

Birqütblü dünya keçmişdə qaldı: İndoneziya Prezidenti Subianto

20 İyun 2025 / 23:48
44
İranda 5,5 bal gücündə zəlzələ baş verib

İranda 5,5 bal gücündə zəlzələ baş verib

20 İyun 2025 / 23:45
50
Putin İstanbulda sülh danışıqlarını müzakirə edib

Vladimir Putin: “Biz İranı dəstəkləyirik”

20 İyun 2025 / 22:03
26
Türkiyənin birinci xanımı Əminə Ərdoğan YKS-də iştirak edən tələbələrə uğurlar dilədi

Türkiyənin birinci xanımı Əminə Ərdoğan YKS-də iştirak edən tələbələrə uğurlar dilədi

20 İyun 2025 / 21:52
33
Dünyanın gözlədiyi an: İran danışıqlar masasına oturur

Dünyanın gözlədiyi an: İran danışıqlar masasına oturur

20 İyun 2025 / 21:22
65
Təqsirləndirilən Bako Sahakyan Məhkəmədə Aprel döyüşləri ilə bağlı etiraf etdi

Təqsirləndirilən Bako Sahakyan Məhkəmədə Aprel döyüşləri ilə bağlı etiraf etdi

20 İyun 2025 / 21:06
51
ABŞ-dan İranı sarsıdacaq qərar: Siyahı açıqlandı

ABŞ-dan İranı sarsıdacaq qərar: Siyahı açıqlandı

20 İyun 2025 / 21:00
26
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

20 İyun 2025 / 20:55
26
Antalya yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib

Türkiyənin Bodrum vilayətində güclü zəlzələ baş verib

20 İyun 2025 / 20:48
5
Ərdoğanla Paşinyanın görüşü başladı

Ərdoğanla Paşinyanın görüşü başladı

20 İyun 2025 / 20:19
46
ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

ABŞ-ın İrana qarşı yeni sanksiyaları

20 İyun 2025 / 20:07
53
Saatlıda 18 yaşlı gənc çayda batib

Saatlıda 18 yaşlı gənc çayda batib

20 İyun 2025 / 20:05
37
Qax rayonunda təmir sexində yanğın baş verib

Qax rayonunda təmir sexində yanğın baş verib

20 İyun 2025 / 18:28
32
BMT İsraili media quruculuğunu hədəfə aldığı üçün “beynəlxalq hüquq”la bağlı xəbərdar edir

BMT İsraili media quruculuğunu hədəfə aldığı üçün “beynəlxalq hüquq”la bağlı xəbərdar edir

20 İyun 2025 / 17:25
48
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb

20 İyun 2025 / 16:49
119
Bakida taksi ilə skuter toqquşdu – Yeniyetmə öldü-Video

Bakida taksi ilə skuter toqquşdu – Yeniyetmə öldü-Video

20 İyun 2025 / 16:44
33
“Abzas Media” işi üzrə məhkəmə istintaqı yekunlaşdı

“Abzas Media”-nin işində 7 nəfərə hökm oxundu

20 İyun 2025 / 16:26
106
Böyük Britaniya hava məkanı açıldıqdan sonra vətəndaşlar üçün Təl-Əvivdən çarter reysləri həyata keçirəcək

Böyük Britaniya hava məkanı açıldıqdan sonra vətəndaşlar üçün Təl-Əvivdən çarter reysləri həyata keçirəcək

20 İyun 2025 / 16:18
65
İranda İsrail əleyhinə aksiyalar keçirilir -Fotolar

İranda İsrail əleyhinə aksiyalar keçirilir -Fotolar

20 İyun 2025 / 15:47
58
Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? – AÇIQLAMA

İranlı zəvvarlar Səudiyyə Ərəbistanında çətin vəziyyətdə qaldılar

20 İyun 2025 / 15:38
80
İranda rejim çökərsə, nə baş verər? –  Masadakı SSENARİLƏR

İranda rejim çökərsə, nə baş verər? – Masadakı SSENARİLƏR

20 İyun 2025 / 15:34
55
Egeydən Aralıq dənizinə: Türkiyənin sualtı dünyasına səyahət – FOTOLAR

Egeydən Aralıq dənizinə: Türkiyənin sualtı dünyasına səyahət – FOTOLAR

20 İyun 2025 / 15:08
31
Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin – FOTO

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin – FOTO

20 İyun 2025 / 15:04
64
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.