04 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Zərif çiyinlərin ağır yükləri

Dekabr 16, 2024
Cəmiyyət
A A


Amanova Dürdanə Əziz qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Filologiya fakültəsinin II kurs magistrantı

Mən ümidi sönən, üzü gülüb içi qan ağlayan, ən ülvi, ali bəşər sayılanlardan – qadınlardan danışacam. Onların tükənməyən əzmindən, sarsılmayan gücündən, qırılmayan iradəsindən söhbət açacam. Ən ağır yükləri  zərif çiyinlərində necə daşıya bildiyindən yazacam.

Bəlkə də “müharibədə məğlub olan dövlətlər deyil, qadınlardır” cümləmə güləcəksiniz, fəqət bu ağır cümlənin altında nələrin yatdığını, hansı acının yaşadığını duyandan sonra dodağınızdakı təbəssümlər belə göz yaşlarının soyuğunda büzüşəcəkdir. Neçə-neçə qadının dodağında, gülüşündə donan təbəssüm kimi.

Nə vaxt dondu bu gülüş, nə vaxt itdi bu təbəssüm? Bizcə, müharibədə oğlunu, xatınını, əzizini, doğmasını, ona lazım olanları, dayaq olanları itirdiyi gün. Ən dəhşətlisi isə namusunu belə qorumağa gücü yetmədiyi an. Ən sonuncusu daha kədərli, daha ağrılı deyilmi? Bu ağrını, bu dəhşəti, bu vəhşəti yaşayanlardan, dünyaya atasız övlad, əmisiz, dayısız bacıoğlu gətirən qəhrəman qadınlardan bəhs edəcəm.

Rövşən Abdullaoğlunun “Relslər üzərində uzanmış adam” romanının qəhrəmanı Adriana savadlı, siyasi məsələlərlə bağlı məqalələr yazan, atasının siyasi baxışlarını da öz yazılarının ruhuna hopduran bir qəhrəman xanımdır. Son dərəcə radikal-şovinist baxışlara sahib atasının təlimatı ilə Balkan yarımadasına gələn, serblərin hüquqlarının pozulması, müsəlman boşnakların onlara zülm etməsi ilə bağlı yazı hazırlamaq sifarişi alan Adriana Mostar şəhərində Əmin adlı bir boşnak gəncin bələdçiliyi altında işləməli olur və ciddi xarakterli bu qadın ilk günlər bələdçisinin rəftarını sevmir, onun çox səmimi olmasını qəbul edə bilmir. Hadisələrin axarı isə onları doğmalaşmağa, bəşəriyyətin dərs alacağı bir sevgi yaşamağa doğru aparır. Onların qarşılıqlı rəftarı “sevgi yoxdur” deyənlərə, “ziddiyyətlər burulğanında” sevgi yaşayanlara bir örnək olur. Saf sevgi, siyasi görüşlərin qurbanı olan qadın sınaqlarla, çətinliklərlə üzləşir. Adriana-Əmin sevgisinə orta əsrlərdə olduğu kimi ilk təzyiq, ilk maneə ailədən gəlir. Adriananın ailəsi  bu izdivaca, bu sevgiyə qəti etiraz edir. Atasından çəkinən Adriana adını belə dəyişərək Əminlə bərabər Motsarı tərk edib Srebrenitsayada yaşamağa məhkum olur. Sevgi üzərində qurulmuş bu ailənin sevinci, xoşbəxtliyi də uzun sürmür. Serb ordusunun şəhərə daxil olması ilə iki sevən gəncin əzablı günləri başlayır. Xoşbəxtlik notlarını kədər, təbəssümləri donuq baxışlar əvəzləyir. Əks qütblərdə dayanan xalqların, dövlətlərin sevgi yaşayan gəncləri də əks qütblərə, əks yarğanlara yuvarlanır.   Adriana sevdiyi insanı ələ verməmək üçün düşmənə təslim olur, məhrumiyyətlərə, təcavüzə məruz qalır. Əsərin bu məqamları repressiya qurbanı olan böyük Əhməd Cavadı, onun əzmkar, vəfalı qadını Şükriyyə xanımın yaşadıqlarını mənə xatırladır. Gözəl görkəmini ayaq yolunu təmizləməklə “korlayan”, cəlbedici görünmək istəməyən Şükriyyə xanımı. Yəni öz namusunu, izzəti-şərəfini qorumağın min bir yolundan birini tapan türk qadınını.

Adriana “yaşamaq sayılmayan” bir ömrü yaşayır, dəfələrlə özünə qəsd etmək istəyir. Bütün bu məqamlarda Əmin onu qorumağa, kənar qınaqlardan hifz etməyə çalışır. O, Adriananı sevgiyə sadiq qadın, əziz insan kimi sevir.  Adriananın Əminə dediyi sözlərin alt qatında bir dəhşətli, təsəvvürə gətirilməyəcək bir ağrı var idi. Ona görə ki, onunla bərabər bir neçə qadını düşmən yanına, “güclülər” hüzuruna əyləncəyə göndərəndə rastlaşdığı adam atası olmuşdu. Məhz bu iyrənc situasiyaya görə Adriana Əmindən niyə onu qoruya bilmədiyinin hesabını soruşur, ittiham edir, qiyam qaldırır: “Bədənimdə boynumda, üzümdə onların söndürdükləri siqaretlərin izləri qalıb. Bu mənim orada yaşadıqlarımın nişanəsidir və ölənə kimi də mənimlə qalacaq. Sən bunları gördükcə baş verənlərin xatırlayacaqsan. Mən də bunu sənin gözündə oxuyub olanları yenidən xatırlayacağam. O zaman səni lənətləyəcəyəm. Çünki, sən məni qorumadın, məni qorumağa söz vermişdin, mənim sənə möhtac olduğum ən çətin zamanda məni tək qoydun…. MƏN NƏİNKİ KİŞİLƏRƏ, BÜTÜN İNSANLIĞA NİFRƏT EDİRƏM! Sən mənə heç vaxt toxuna bilməyəcəksən. Səni görəndə içimdə yaranan nifrəti üzümün cizgilərində hiss edəcəksən. Belə biri ilə bir ömür yaşaya biləcəksənmi?! İnsanlar sənə namusu ləkələnmiş kimi baxacaqlar. Mən sənin üçün gözdağıyam. Belə həyatla barışa biləcəksənmi?!”

Adriana “insan neçə dəfə ölər? sualına cavab axtaran, belə bir tale yaşayan qadınlardandır. Doğulduğu andan boynuna ağır yük qoyulan, namus, əxlaq, tərbiyə məfhumlarının keşiyində dayanan qadınlar. Belə qadınlardan biri də Məsumədir – “Mənim payım” əsərinin personajı. Bu avtobioqrafik romanda İran qadınının həyatı, ailənin, cəmiyyətin ona olan münasibəti əks olunub.

Məsumə ailə üçün bir yük, “köçəri quş” ünvanıdır. “Oxuma. Ərə get, ailənə qulluq et, yol gedəndə başını qaldırma, gülmə, səsin eşidilməyəcək tonda danış” nizamnaməsinin, müsəlman fəlsəfəsinin köləsidir, qurbanıdır. Bu fəlsəfəni yaradanlar üçün kişi hər şey üçün, qadınsa yaşamaq üçün mübarizə aparır.

Məsumə 16 yaşında zorla, “sevmək, kiməsə aşiq olmaq ayıbdır” zehniyyəti ilə ərə verilir. Qadınları idarə etməkdən zövq alan cəmiyyətin qurbanına çevrilir. Biz bu ağrıları Məsumənin öz sözləri ilə çatdırmağı daha məqbul hesab edirik: “Bizim bir inancımız var. Mən özümü başqalarına görə dəyişə bilmərəm. Bilirsən, ömrümün əvvəlində neçə dəfə geyimimi kimlərinsə istəyinə görə nə qədər dəyişmişəm? Qumda çadralı idim, Tehrana gəldim – yaylıq örtdüm. Atanla evlənəndən sonra hicabımı qoydum qırağa. İnqilab oldu, təzədən manto geyib, yaylıq bağlamalı oldum. Yox, oğlum, çoxlarının qabağında dayana bilməsəm, sənin, oğlumun qabağında sınmayacam. Öz geyimimi özüm seçə bilərəm”.

Qadınlar mənasız müharibələrdə, lüzumsuz inanclarda, “siyasi burulğanlarda” ən çox itirənlərdir. Quranda qadın ali varlıq kimi tərənnüm edilir, cənnət anaların ayaqları altında axtarılır, amma müqəddəs kitabımızı dərindən oxumayanların zehniyyətində qadın aşağılanır, ona əzab verilir. Müharibələr, yalançı inanclar Adrianaların, Məsumələrin faciəsinə səbəb olur. Adriana həm də Xocalıda namusuna təcavüz edilən, şərəfi aşağılanan müsəlman qadınların qohumudur, onların tale, bəxt yoldaşıdır. Bu bəxt yoldaşlarının intiqamını 44 günlük Zəfər yürüşümüzlə, Şuşaya, Xankəndinə bayraq sancmaqla aldıq. Bu zəfərdə yenə də ən böyük pay sənin oldu Azərbaycan Qadını! Sənin simandakı təbəssüm Vətəni şölələndirməlidir.

Əvvəlki Yazı

Mingəçevirdə bıçaqlanan gənc vəfat etdi

Növbəti Yazı

Səhvən kömək edən sürücünü bıçaqladı

XƏBƏR LENTİ

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
7
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
91
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
15
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
30
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
5
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
5
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
6
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
6
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
4
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
4
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
2
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
4
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
43
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
35
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
38
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.