Xəbər verdiyimiz kimi, dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.
Avropa . info xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən B.Həsənli 16 dekabr 02:00 radələrində dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb.
B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir