İslamçı qruplaşmaların Dəməşqə hücumuna görə Suriya prezidenti vəzifəsindən istefa verən Bəşər Əsəd bildirib ki, vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı heç vaxt istefa vermək və sığınacaq istəmək imkanını düşünməyib.
Avropa.info-nun xarici KİV-ə istinadla xəbərinə görə, o iddia edir ki, dekabrın 8-i səhər tezdən – silahlı dəstələr paytaxta yaxınlaşanda – Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında Suriyanı tərk edib. Bu, onun Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra ilk açıq bəyanatıdır