Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili istefa verməkdən imtina etməsinə və Mixail Kavelaşvilinin yeni dövlət başçısı seçilməsini tanımamasına baxmayaraq, prezident sarayını tərk etməli olacaq.
Avropa .info xəbər verir ki, bu barədə respublikanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
“Düz iki həftədən sonra yeni prezident Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək. Salome Zurabişvili vəzifəsindən getməli olacaq”, – deyə Kobaxidze bildirib