Suriyada yeni hakimiyyətin atdığı addımlar məni müsbət mənada təəccübləndirir. Bəşər Əsədin törətdiyi cinayətlər isə heyrətləndirir.
Avropa.info xəbər verir ki,bu sözləri Milli Cəphə Partiyasinin (MCP) Başqani, Deputat Razi Nurullayev deyib
Yeni hakimiyyətin ən müsbət cəhəti o oldu ki, onlar dövlər orqanlarının fəaliyyətini dondurmadılar, qurulmuş sistemi dağıtmadılar. Hicabı belə məcbur etmədilər. Yaxşı ki, islahatı qadınlar üzərində qurmaqla başlamadılar.
Artıq komendant saatını da ləğv etdilər. Nə isə, xeyirlisi. Təki Suriyaya da sülh və əmin-amanlıq gəlsin.
Ümid edirəm ki, Bəşər Əsəd isə elə sağlığında ədalət məhkəməsi qarşısında dayanacaq və törətdiyi cinayətlərə görə cavab verəcək.
Həm də haqsız tərəflərin dəstəkçisi olan bir rejim də yıxıldı. Azərbaycan torpaqlarını Ermənistan işğal etmişdi, dini ocaqlarımızı, məscidlərimizi təhqir etmiş və orada donuz saxlamışdı, müsəlman Bəşər Əsəd də var gücü ilə Ermənistana dəstək verirdi. Belə vicdansızlıq unudulmaz!