19 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

“Suriyanın yeni hakimiyyəti bütün tərəflərlə – Türkiyə, ABŞ, İsrail, hətta Əsədə dəstək verən Rusiya ilə işləsə də, İranı yaxın qoymayacaq”-Colani

Dekabr 11, 2024
Dünya
A A

“Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colaninin “Skay Nyus” telekanalına müsahibəsində səsləndirdiyi iki fikir Suriyada baş verənlər və perspektivlə bağlı fikirləri önə çıxarır.

Colani bildirir ki, onlar üçün ən böyük təhlükə Hizbullah, Suriyada İranın dəstəklədiyi silahlı birləşmələr və rejim idi. Suriyada baş verənlərin İsrailin HƏMAS-la müharibəsi, Livan əməliyyatı, ümumilikdə İranın proksi qüvvələrini sıradan çıxarmaq olduğu aydın görünürdü. Colani bunu təsdiq edir və əminlik yaranır ki, Əsədin devrilməsi ilə nəticələnən əməliyyatın arxasında ABŞ/İsrail olub. Və bu, həm də o deməkdir ki, Suriyanın yeni hakimiyyəti bütün tərəflərlə – Türkiy, ABŞ, İsrail, hətta Əsədə dəstək verən Rusiya ilə işləsə də, İranı yaxın qoymayacaq. Mümkündür ki, Tehranla məsafəli təmaslar qurulsun.

Beləliklə, tam aydın oldu ki, Suriya müharibəsinin birmənalı itirən tərəfi İrandır.

Colaninin səsləndirdiyi “Xalq müharibədən tükənib. Ona görə də ölkə növbəti müharibəyə hazır deyil və müharibəyə qarışmaq niyyəti də yoxdur” sözləri isə fikirləri müəyyən qədər qarışdırır. Çünki xalq müharibədən tükənsə də, Suriyada toqquşma və münaqişə başa çatmayıb. Bunu ölkədə hələ də qalan qüvvələr və onların maraqları da təsdiq edir.

1. Türkiyə Əsədin devrilməsində ABŞ/İsraillə eyni mövqedən çıxış etsə də, PYD/YPG məsələsində toqquşacağı qaçılmazdır və bu, Suriyanın şimalında qarşıdurmanın davam edəcəyi deməkdir;

2. Suriya ərazisinə ordu yeridən İsrail Şam istiqamətində irəliləyib;

3. Rusiya Tartus və Hmeymim bazasını asanlıqla əldən vermək istəmir;

4. Qoşunlarını Suriyadan çıxarmayacağını bəyan edən ABŞ İŞİD təhlükəsini aktual olaraq saxlayır;

5. Və ən böyük zərbə alan İran da itirdiklərini asanlıqla həzm etməyəcək;

Bütün bunlar Suriyaya yeni və daha böyük toqquşmalar vəd edir. Çünki indiyə qədər ölkələr tərəflərini hədəfdə olan Əsəd üzərindən müəyyən edirdilər, bundan sonra maraqların toqquşması daha açıq müstəviyə keçir. Bu mənzərə fonunda sual yaranır: İranı – Hizbullahı ölkədən çıxarmaq missiyasını yerinə yetirən HTŞ ölkəyə nəzarəti ələ almaq üçün mübarizə aparmayacaqsa, bundan sonra missiyası nə olacaq? Bu sualın cavabı tam aydın deyil. Amma Suriyanın de-fakto bölünməsinin daha da dərinləşəcəyi və mərkəzi hakimiyyətin zəifləyəcəyi qaçılmaz görünür

Əvvəlki Yazı

“Rusiya və Ermənistan münasibətləri böhran içindədir”-Markedonov

Növbəti Yazı

Oğuz sakini Kürdəmirdə həbs edildi

XƏBƏR LENTİ

“OXU, YARAT, QAZAN!”  Yay Festivalı çərçivəsində yaradıcı fəaliyyət təşkil edilib

“OXU, YARAT, QAZAN!”  Yay Festivalı çərçivəsində yaradıcı fəaliyyət təşkil edilib

18 İyul 2025 / 20:43
27
Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

Trampın diaqnozu qoyulan xroniki venoz çatışmazlıq nədir?

18 İyul 2025 / 8:34
23
Respublika Gənclər Kitabxanasında Nizamişünas, professor Xəlil Yusiflinin xatirəsi yad edilib

Respublika Gənclər Kitabxanasında Nizamişünas, professor Xəlil Yusiflinin xatirəsi yad edilib

17 İyul 2025 / 19:35
53
Netenyahu Trampın Suriya vizyonunu “baltalayır” – Bütün yollar Dəməşqə aparır!

Netenyahu Trampın Suriya vizyonunu “baltalayır” – Bütün yollar Dəməşqə aparır!

18 İyul 2025 / 0:19
21
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

İvestorlar Trampın Rusiyaya qarşı sərt ikinci dərəcəli sanksiyalar tətbiq etmək hədələrinə inanmırlar

17 İyul 2025 / 8:55
38
Yunanıstanda hərbi yüklərin İsrailə daşınmasının qarşısını almaq üçün nümayiş keçirilib

Yunanıstanda hərbi yüklərin İsrailə daşınmasının qarşısını almaq üçün nümayiş keçirilib

17 İyul 2025 / 8:49
31
Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

Qəzzaya gedən İsrail əsgərləri niyə intihar edirlər? – “Bu müharibə bizi də öldürür” – Sensasion rəqəmlər

16 İyul 2025 / 16:59
7
İsrailin Suriyadakı “Troya atı”! – Suveydada ağır döyüşlər, Prezident Sarayı bombalandı (Yenilənib)

İsrailin Suriyadakı “Troya atı”! – Suveydada ağır döyüşlər, Prezident Sarayı bombalandı (Yenilənib)

16 İyul 2025 / 15:55
32
Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

16 İyul 2025 / 13:32
3
Dini radikalizm və onunla mübarizə üsulları

Dini radikalizm və onunla mübarizə üsulları

15 İyul 2025 / 22:16
14
Əhməd əl Şaraa Prezident İlham Əliyevə niyə təşəkkür etdi? – Bakıda tarixi enerji danışıqları – FOTO, YENİLƏNİB

Azərbaycan-Suriya sazişi! Bir enerji koridorundan daha böyük! Ankara və Bakı Yaxın Şərqi yenidən şəkilləndirir…

15 İyul 2025 / 16:19
42
Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı – Video

Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı – Video

15 İyul 2025 / 9:56
17
Zatulin: “Amerika səfirinin bu sözlərinin arxasında Ermənistan və Azərbaycan rəhbərliyinin razılığı var”

Zatulin: “Amerika səfirinin bu sözlərinin arxasında Ermənistan və Azərbaycan rəhbərliyinin razılığı var”

15 İyul 2025 / 9:39
27
Donald Tramp Ukraynaya “milyardlarla dollar” dəyərində silahlar verəcəyini vəd edib

Donald Tramp Ukraynaya “milyardlarla dollar” dəyərində silahlar verəcəyini vəd edib

15 İyul 2025 / 9:06
25
Bu gün ölkə ərazisində 40 dərəcə isti olacaq

Bu gün ölkə ərazisində 40 dərəcə isti olacaq

15 İyul 2025 / 8:30
43
Qardaş Türkiyədə xain çevriliş cəhdindən 9 il ötür

Qardaş Türkiyədə xain çevriliş cəhdindən 9 il ötür

15 İyul 2025 / 8:24
48
İsrail ordusu İordaniyadan Qəzzaya yardım aparan yük maşınlarına hücum ediblər

İsrail ordusu İordaniyadan Qəzzaya yardım aparan yük maşınlarına hücum ediblər

15 İyul 2025 / 8:13
50
“Sınıq Körpü” gömrük postunda ölkədən qaçırılan külli miqdarda xarici valyutanın qarşısı alınıb

“Sınıq Körpü” gömrük postunda ölkədən qaçırılan külli miqdarda xarici valyutanın qarşısı alınıb

14 İyul 2025 / 20:07
164
İsrail Suriya tanklarina zərbələr ednirdi

İsrail Suriya tanklarina zərbələr ednirdi

14 İyul 2025 / 19:46
21
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Prezident Tramp Rusiyaya 50 gün vaxt verdi

14 İyul 2025 / 19:39
19
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Akademik Musiqili Teatr 115-ci mövsümünə yekun vurdu

14 İyul 2025 / 18:52
42
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

14 İyul 2025 / 18:49
41
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14 İyul 2025 / 18:43
33
Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

14 İyul 2025 / 18:25
15
ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

14 İyul 2025 / 18:24
42
Ələt – Culfa dəmir yolunun tikintisində Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyəti

Sovet planında Zəngəzur: Geosiyasi hesablar və tarixi nəticələr

14 İyul 2025 / 18:20
40
Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

14 İyul 2025 / 17:17
21
ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

14 İyul 2025 / 17:12
18
Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

14 İyul 2025 / 16:52
63
İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

14 İyul 2025 / 16:11
24
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.