Avropa .info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“İşləyirik və Aİ-nin Ali Nümayəndəsi, BMT-nin baş katibi, Yaxın Şərq və Amerikadan nazirlər zəng edir. Hamını ümumi məqsəd ətrafında birləşdirməyə və Suriyada ölkənin aktual iqtisadi, maliyyə və infrastruktur çağırışlarına dərhal cavab verən siyasətləri həyata keçirməyə çalışırıq. Qaçqınların qayıtdığı, terrorun olmadığı, qonşulara təhlükənin olmadığı, qeyri-inklüziv inzibati strukturun yaradılmadığı, azlıqlara bərabər münasibətin göstərildiyi, hamının təhlükəsiz olacağı, mülkiyyət hüquqlarının təmin ediləcəyi ölkə istəyirik”, – deyə Fidan parlamentdə Türkiyənin Suriya siyasəti ilə bağlı deputatların suallarını cavablandırıb.
Nazir vurğulayıb ki, “bu fikirləri Ankara formalaşdırıb” və ölkənin tərəfdaşları bu prinsiplərin “həyata keçirilməsində tamamilə yekdildir”.
“Başqa sözlə, Dəməşqdə formalaşan administrasiya bu prinsiplər əsasında fəaliyyət göstərdikcə, beynəlxalq ictimaiyyət Türkiyənin irəli sürdüyü konsepsiyanı dəstəkləməyə davam edəcək”, – deyə nazir əlavə edib