03 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Redaktorun Seçimi

Meydançıların pulu necə böldükləri ortaya çıxdı: Gizli səs yazılarında nələr var?-Video

Dekabr 11, 2024
Redaktorun Seçimi
A A

Bir müddətdir ətrafında müzakirələr dinməyən “Meydan TV” və bu dırnaqarası media resursunun əməkdaşlarının qaranlıq fəaliyyətlərinə müəyyən çevrələr tərəfindən fərqli don geyindirməyə çalışmaq cəhdi müşahidə olunur. Həmçinin sözügedən dəstənin özlərinin də aydınca bildikləri Azərbaycan qanunları ilə qadağan olunmuş fəaliyyətləri təhrif edilərək ört-basdır edilməyə çalışılır, bu təxribatçı, xarici dairələrin əlində ucuz alətə çevrilmiş güruhun məzlum obrazının yaradılmasına cəhdlər ortaya çıxır. Bu səbəbdən də yeni, danılmaz, ifşaedici faktların ictimaiyyətə çatdırılması zərurəti yaranır.

Belə ki, “Meydan TV” ətrafında aparılmış araşdırmalarla müəyyən edilib ki, media qurumunun qanunsuz maliyyələşdirilməsində beynəlxalq çirkli pulların yuyulması mexanizmlərindən istifadə olunub.

“Meydan TV”nin maliyyələşməsi Almaniyada qeydiyyatdan keçirilmiş “Demokratiya Uğrunda Assosiasiya” (Vereinigung für die Demokratie) adlı QHT üzərindən həyata keçirilir. Artıq ictimaiyyətə məlum olduğu kimi adıçəkilən təşkilatın direktoru Pensilvaniyada anadan olmuş 1992-ci il təvəllüdlü ABŞ vətəndaşı Metyu Kasperdir (Matthew Kasper). O, eyni zamanda “Meydan TV”yə də rəhbərlik edir.

Aralarında erməni diaspor təşkilatları tərəfindən maliyyələşən fondların da olması istisna edilməyən donorlar tərəfindən ayrılan maliyyə vəsaitləri “Demokratiya Uğrunda Assosiasiya”nın hesablarına köçürüldükdən sonra qanunsuz pulyuma sxemləri əsasında “Meydan TV”nin maliyyələşdirilməsinə yönəldilib.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə qrant layihələri və bu layihələr əsasında ayrılmış vəsaitlərin müvafiq dövlət qurumlarından qeydiyyatdan keçirilməli olduğunu bilən M.Kasper başda olmaqla “Meydan TV”nin fəaliyyətinə rəhbərlik edən, şübhəli əlaqələrə malik xarici koordinatorlar pul vəsaitlərinin gizli olaraq ölkəyə keçirilməsini təmin ediblər.

“Meydan TV”nin Azərbaycanda fəaliyyət göstərən bürosuna rəhbərlik edən Aynur Elgünəşin iştirakı ilə xaricə səfər edən “etibarlı şəxslər” seçilib, həmin şəxslər geri qayıtdıqda müxtəlif məbləğlərdə xarici valyutanı gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirərək ona təqdim ediblər. Vəsait isə tapşırıqlara uyğun olaraq aparılan fəaliyyətlərin reallaşması üçün istifadə olunub.

Bu məqsədlə tranzit kimi istifadə edilən Türkiyə və Gürcüstanda M.Kasper A.Elgünəşlə birlikdə maliyyə şəbəkəsi yaradıb.

Bəzi hallarda M.Kasper yaşadığı Berlin şəhərindən Türkiyəyə səfər edərək vəsaiti Azərbaycana çatdıracaq şəxsə şəxsən özü təqdim edib.

“Meydan TV” üçün ayrılmış maliyyənin xaricdən nağd şəkildə ölkəyə keçirilməsində Aynur Elgünəşin rəfiqəsi Ülviyyə Məmmədova da iştirak edib. Ü.Məmmədova bu ilin oktyabr ayında M.Kasperlə İstanbul şəhərində görüşərək ondan 14 600 avro pulu götürüb A.Elgünəşə çatdırıb. Bundan əlavə Ülviyyə Məmmədovanın təşkilatçılığı ilə M.Kasper tərəfindən təqdim olunmuş 18 000 avro məbləğində qrant vəsaiti onun İzmir şəhərində tələbə olan bacısı qızı Fidan Əliyeva və Türkiyə Respublikasının vətəndaşı Arda Dumanoğlu tərəfindən 28 noyabr 2024-cü il tarixdə ölkəyə gizli olaraq gətirilib.

Pul vəsaitlərinin Gürcüstandan qanunsuz yolla keçirilməsini isə həmin ölkədə “Meydan TV”nin nümayəndəsi təyin edilmiş Gürcüstan vətəndaşı Sevda Vidadi qızı Səmədova koordinasiya edib.

Onun vasitəsilə 11 oktyabr 2024-cü il tarixdə Əhməd Muxtarov tərəfindən Gürcüstandan ölkə ərazisinə 13 000 avro keçirilib. 13 oktyabr 2024-cü il tarixdə isə Sevda Səmədova Tbilisi şəhəri, P.Kakabadze küçəsində yerləşən “Ginger” hotelində Rəna Tahirova ilə görüşərək ona 5 000 avro təqdim edib.

Bundan əlavə 6 dekabr 2024-cü il tarixdə Gürcüstandan qayıdan Ramin Deko özü ilə 38 000 avro gətirib.

“Slack” mobil tətbiqində aparılan danışıqlardan görünür ki, məxfilik məqsədiylə Aynur Elgünəş “Meri” təxəllüsündən, “Meydan TV”nin rəhbəri M.Kasper isə “Mərt” şərti adından istifadə edib. Aydın olur ki, Avropada nağdlaşdırılan qrant vəsaitini Azərbaycana göndərmək məqsədilə M.Kasper 24 noyabr 2024-cü il tarixdə Türkiyəyə səfər edib.

A.Elgünəş vəsaiti götürərək müvəqqəti özündə saxlaması üçün Ankara şəhərində təhsil alan bacısı qızı 2004-cü il təvəllüdlü Narıngül Xudizadə ilə M.Kasperin “Bahçelievler” qəsəbəsində görüşünü təşkil edib.

Növbəti günlərdə Azərbaycana səfər edən iki “etibarlı şəxs” tapılmasa, A.Elgünəşin Ankara şəhərində təhsil alan bacısı qızları N.Xudizadə və 2006-cı il təvəllüdlü Jalə Xudizadə vasitəsilə pulun ölkəyə gətirilməsi barədə müzakirə aparılıb.

Belə ki, A.Elgünəş “bacım da deyir ki, elə bizim qızlar 2-3 günlük gəlib təkrar dönsünlər, əgər gedəcək adamlarda alınmazsa, onlar gəlib-qayıdar, o heç diqqət çəkməz, tələbədirlər, gəlib-gedirlər” deyə qeyd etmişdir. A.Elgünəşin bacısı qızlarının səfər xərclərinin M.Kasper tərəfindən qarşılanması nəzərdə tutulub.

A.Elgünəşin M.Kasperlə “Slack” mobil tətbiqi üzərindən yazışması

28 noyabr 2024-cü il tarixdə isə A.Elgünəş M.Kasperə “Slack” tətbiqində mesaj yazaraq “8 aralıkda (dekabr) Əhməd və dostu Berlinə gəlir, 4 gün qalacaqlar” deyə bildirib, M.Kasper isə “tamam ayarlayaq, danışaq bunu telefonda” deyə cavab verərək 8 dekabrda Berlin şəhərinə səfəri nəzərdə tutulmuş tanışı, fotoreportyor Əhməd Muxtarov vasitəsilə Avropadan ölkəyə qrant vəsaitinin keçirilməsinin detalları barədə müzakirə aparıb.

Həmçinin məlum olub ki, “Meydan TV”də texniki təchizatla bağlı məsələlərin həlli də M.Kasperin qərarı ilə icra edildiyindən A.Elgünəş işçiyə hər hansı bir avadanlıq lazım olduğu halda ona müraciət edib. Sonuncu dəfə media resursunun işçisi Natiq Umudovun istəyi ilə ona çəkilişlər üçün yüksək keyfiyyətli kamera alınıb.

Bundan əlavə A.Elgünəş “bir də Pino dedi səninlə Belqradda danışıb, kompüterinin dəyişməsini istəyir, dedim yeni ildə danışarıq” deyə M.Kasperə müraciət edərək məxfilik məqsədilə “Pino” deyə müraciət etdikləri jurnalist Aysel Ümüdovanın bu ilin sentyabr ayında Serbiyada “Meydan TV”nin işçiləri üçün təşkil edilmiş tədbir zamanı ona kompüterinin dəyişdirilməsi ilə bağlı etdiyi xahişi xatırladıb.

Donorlarla bağlı danışıq zamanı isə A.Elgünəş M.Kasperin yeni donorla bağlı xəbərinə “şad xəbər olasan” deyə reaksiya verərək “Meydan TV”yə əlavə maliyyə mənbəyinin tapılması ilə əlaqədar sevincini gizlətməyib.

Araşdırma zamanı “Meydan TV” heyətinin ildə bir dəfə müxtəlif xarici ölkələrdə görüş təşkil etmələri və sözügedən görüşdə media resursunun rəhbəri, eləcə də digər ölkələrdə yerləşən nümayəndəliklərin əməkdaşlarının da iştirak etdiyi müəyyən olunub. Sonuncu belə görüş 16 oktyabr 2024-cü il tarixdə Serbiyanın Belqrad şəhərində təşkil olunub. Bütün xərclər təbii ki, sifarişçilər tərəfindən qarşılanıb.

M.Kasperlə A.Elgünəş arasında aparılan yazışmalardan görünür ki, donorlar tərəfindən öz maraqlarına uyğun mövzular öncədən müəyyən edilərək “Meydan TV”nin əməkdaşlarından plan üzrə materiallar hazırlamaq tələb olunub.

Dərc olunan materiala görə qonorarların ödənilməsi həmin mövzuların əhəmiyyət dərəcəsinə görə müəyyən edilib.

Təhlillərdə aşağıdakı istiqamətlər üzrə mövzuların olduğu görünür:

– kiçik sosial problemlərin əhalinin narazılığı kimi təqdim edilməsi,

– narazı vətəndaş obrazlarının yaradılması,

– Guya Qarabağda ermənilərin etnik təmizlənməsi,

– LGBT hüquqlarının pozulması,

– ölkədə təşkil edilən COP29 beynəlxalq tədbiri zamanı ekoloji və sair problemləri qaldırmaq.

Yeri gəlmişkən xatırladaq ki, COP29 tədbiri zamanı qoyulmuş tapşırığa uyğun neqativ mövzu tapa bilməyən “Meydan TV” ilə əməkdaşlıq edən Ramin Dekonun həyat yoldaşı, həmin media resursunun jurnalisti Aytac Tapdıq gizli eşq yaşadığı, özünü heyvan haqlarının müdafiəçisi kimi təqdim edən Kamran Məmmədlinin tədbir zamanı təkadamlıq aksiya keçirməsini təşkil edib və bununla bağlı hazırladığı materialı “Meydan TV”də yayımlayıb.

Onun bu dırnaqarası xidməti təbii ki, əvəzsiz qalmayıb. 5 dekabr 2024-cü il tarixdə “People in Need” donor təşkilatı tərəfindən 1 854 ABŞ dolları məbləğində pul vəsaiti “Zolotaya korona” pul köçürmə xidməti vasitəsilə K.Məmmədliyə göndərilib.

Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. “Meydan TV”də on ilə yaxındır fəaliyyət göstərən və bu kanalın təxribatçı xəbər siyasətinə yön verən Orxan Məmmədov hazırda ölkə ictimaiyyətinə çox yaxşı tanışdır. Daha dəqiq desək, onun nə dərəcədə yalançı və Azərbaycan düşməni olması, hətta ictimai-siyasi proseslərdən uzaq olan şəxslərin belə şoka düşməsinə səbəb olub. Orxanın Almaniyanın məşhur media orqanına verdiyi müsahibədə işlətdiyi ifadələr yalnız onun özünün yox, həm də bütövlükdə “Meydan TV”nin Azərbaycan düşmənliyinin mahiyyətini və motivini ortaya qoyur.

Bir daha xaricdəki dairələrə güvənərək öz ölkəsinə düşmən kəsilən şəxslərə xatırladaq ki, görülən sistemli tədbirlərdən dərs çıxarılmalıdır. Əmin ola bilərsiniz ki, heç bir kənar güc Azərbaycanda fərqli ssenariləri həyata keçirmək iqtidarında deyil. Ən önəmlisi isə budur ki, kimin hansı xəyallarla, nəyi planlamasından Azərbaycan dövləti daim xəbərdardır!

 

 

Əvvəlki Yazı

Lionel Messi və dostları Heydər Əliyev Mərkəzində olublar

Növbəti Yazı

Dəməşqdə komendant saatı ləğv edilib

XƏBƏR LENTİ

Xameneini biz öldürməmişik-Marko Rubio

Xameneini biz öldürməmişik-Marko Rubio

02 Mart 2026 / 21:28
37
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
19
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
22
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
28
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
21
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
5
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
7
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
25
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
19
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
16
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
24
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
24
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
15
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
26
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
36
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
121
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
43
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
7
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
30
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
6
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
8
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
13
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
24
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
10
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
5
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
6
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
9
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
54
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
48
“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

10 Fevral 2026 / 21:14
68
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.